|
|
|
| |
|
Questions? Our staff is friendly, knowledgeable and eager to help you, so don't hesitate to email or call us!
Adress: 30, Rostropoviçlər (İçəri Şəhər metro stansiyasının yaxınlığında)
E-mail: office@professional.az
GSM: (+99450) 3704331
GSM: (+99455) 3704331
|
|
|
Məzun
|
Ad: Vusal
Soyad: Cəfərov
Status: MCTS, MCITP
İş yeri : Azərinşaatservis
Rəy: Uzun müddətdir ki, I.T. sahəsində çalışıram. İxtisasım tam fərqli sahə “Maliyyə və Kredit” olmasına baxmayaraq bu sahəyə marağım orta məktəbdə oxuyarkən var idi. Universitet dövründə fikirləşirdim ki, ixtisasımla bağlı bir təşkilatda işləsəm belə hobbi kimi seçdiyim I.T. sahəsindəki biliklərimi gələcəkdə daha da dərinləşdirərəm. Həmin vaxtlarda da I.T. sahəsində çalışırdım, illər ötdü, gördüm ki, məni ixtisasımdan çox bu sahə cəlb edir. Hobbi hesab elədiyim sahədə biliklərim və təcrübəm ixtisasımdan daha çoxdur. Hər gün yeni bir məlumat, hər gün yeni bir proqram öyrənməklə özümü maksimum şəkildə inkişaf etdirmək istəyirdim. Bu sahədə daha da irəli getmək üçün təcrübədən əlavə əsaslı şəkildə təhsilin və bunu təsdiq edən sertifikatların olmasını özümə yəqin etdim. Uzun müddətli araşdırmalardan sonra Professional I.T. Tədris Mərkəzinə müraciət etdim. İlk öncə baş təlimatçı olan Ruslan müəllimlə görüşdüm. Dərslərdə iştirak etdim, peşəkar müəllimlərin tələbələrə verdiyi təhsilin şahidi oldum. Ən əsası da bu Tədris Mərkəzi tələbələrə düzgün istiqamət verir və lazımi materiallarla təchiz edir. Müəllimlər isə həmin materialların əsasında dərsləri başa salır və praktiki dərslər keçirlər. Sistem Administratoru kursuna yazıldım və fəal şəkildə dərslərdə iştirak eləməyə başladım. Qısa bir vaxtda həyat yoldaşımın dəstəyi, Professional I.T. Tədris Mərkəzin köməyi ilə “MCTS” imtahanına hazırlaşdım və yüksək bal ilə (976 bal) bu sertifikatı qazandım. MCITP sertifikati ucun iki imtahan verdim her ikisinden yuksek bal(birinci imtahan 70-640 bu imtahandan 981 bal, ikinci imtahan 70-642 bu imtahandan 1000 bal)topladim. Bu sahəyə marağı olan insanlara, əsaslı biliyə malik olmaq istəyənlərə, özlərini nəinki Azərbaycanda, hətta beynəlxalq aləmdə təsdiq eləmək istəyənlərə Professional İ.T. Tədris Mərkəzini tövsiyə edirəm. Bu Tədris Mərkəzini seçənlərə isə uğurlar arzulayıram.
1.351 TS: Microsoft Internet Security and Acceleration Server 2006 Configuring-884 bal
2.647 Pro: Windows Server 2008, Enterprise Administrator - 964 bal
3.646 Pro: Windows Server 2008, Server Administrator - 981 bal
4.643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 988 bal
5.642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 1000 bal
6.640 TS:Windows Server 2008 Active Directory, Configuring - 981 bal
7.620 TS: Configuring Microsoft Windows Vista Client - 976 bal |
Ad: Hikmət
Soyad: Məmmədov
Status: MCTS, MCITP
İş yeri : "Telecom Group" MMC
Rəy: Hər zaman məni bir sual düşündürürdü:Görəsən İT sahəasində qazandığım bilikləri oxumaq və tətbiqdən başqa hansı yolla təsdiq etmək olar?Yaxın əməkdaşlardan birinin tövsiyyəsinə görə bu sualın cavabı "ancaq və ancaq beynəlxalq sertifikatlara sahib olmaqdır!" oldu.Amma bu sertifikatları necə və hansı yolla əldə etməyə mənə istiqamət lazım idi.Bu istiqaməti mənə əminliklə deyə bilərəm ki, Professional İ.T. Tədris Mərkəzi verdi.Çox gözəl tədris vermək bacarığı olan müəllimlər,dərs zamanı mövzu müzakirələri,kursa yalnız və yalnız müəyyən qədər İT sahəsi üzrə biliyi olan tələbələrin tədris alması tez bir zamanda mənə MCTS və MCITP sertifikatlarını almağa kömək etdi!Təşəkkürlər Professional I.T.!!!
1.TS: Configuring Microsoft Windows Vista Client 070-620- 871 bal
2.TS: Windows Server 2008 Active Directory, Configuring 070-640 - 962 bal
3.TS: Windows Server 2008 Network Infrastructure 070-642- 1000 bal
4.TS: Windows Server 2008 Applications Infrastructure, Configuring 070-643- 988 bal
5. Pro: Windows Server 2008, Enterprise Administrator 70- 647- "841 bal |
Ad: Rüfət
Soyad: Hüseynov
Status: MCTS
İş yeri : Dövlət Neft Şirkəti
1.640 TS:Windows Server 2008 Active Directory, Configuring - 812 bal
2.642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 900 bal
3.643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 988 bal |
Ad: Teymur
Soyad: Abdullayev
Status: MCTS, MCITP
İş yeri : N/A
Rəy: Bu kurslarda oxumag kifayet gədər maraqlıdı.Tələbələr bütün lazım olan
tədris materiallar ilə təmin olurlar.
Bu kurslar cox adamlara is tapmaga komək edibler.Umud edirəm ki , mən də
istisna olmayacam.
1.643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 844 bal
2.642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 866 bal
3.640 TS:Windows Server 2008 Active Directory, Configuring - 775 bal
4.620 TS: Configuring Microsoft Windows Vista Client - 850 bal
5.646 Pro: Windows Server 2008, Server Administrator bal
6.647 Pro: Windows Server 2008, Enterprise Administrator - 1000 bal score
|
Ad: Şahin
Soyad: Safarov
Status: MCP,MCTS, MCITP, MCSE, MCSA
İş yeri : Aztelia-Telcoplus
Rəy: Professional İ.T Təlim Mərkəzindəki imkanlar buradan məzun olan insanların nəinki Azərbaycan həmçinin bütün dünyada müvəffəqiyyət qazanacaqlarından xəbər verir
1. 70-270 - Installing, Configuring, and Administering Microsoft® Windows® XP Professional - 952 bal
2. 70-294 - Microsoft Windows Server 2003 Active Directory Infrastructure - 899 bal
3. 70-350 – Implementing Microsoft Security Acceleration Server 2004 - 894 bal
4. 647 Pro: Windows Server 2008, Enterprise Administrator - 1000 bal
5. 646 Pro: Windows Server 2008, Server Administrator - 1000 bal
6. 643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 988 bal
7. 642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 1000 bal |
Ad: Rashad
Soyad: Nasibov
İş yeri: Azersun Holding
Rəy: Professional IT təlim mərkəzi Azərbaycan IT sahəsinde ən önəmli yerlərdən birini tutur.
Mən buna bu kursda təhsil aldiğım zaman əmin oldum.
Bu kursa gəlməmişdən əvvəl mənim IT sahəsində çox az tərübəm var idi. Lakin kursda təhsil aldıqca mən artıq bu sahədə nə qədər irəli getdiyimin şahidi oldum .
Kursu bitirdikdən sonra müxtəlif yerlerde işlədim. Məncə bu həm professional kursu həm də özüm ücün boyük nailiyyətdir. |
Ad: Vusal
Soyad: Salmanlı
Status: MCP, CCNA
İş yeri : Azercell Telecom J.V
Rəy: İxtisasım Kompüter Mühəndisliyi olduğundan, “Professional IT” kurslarına qatilmamışdan əvvəl kifayət qədər IT biliyim var idi. Lakin universitetdən əldə etdiyim biliklər nə qədər geniş olsa da profesional iş həyatına başlamağım üçün kifayət etmirdi. Mənə daha çox praktiki bilgilər lazım idi...
Mən Azərbaycanda fəaliyyət göstərən IT tədris mərkəzləri arasında araşdırma apardım və seçimim “Professional IT” tədris mərkəzi oldu. Burada üstünlük verdiyim əsas özəlliklər bunlardir:
-Dərslərin IT sahəsində 5 ildən çox təcrübəsi olan və beynəlxalq sertifikatlara sahib mütəxəssis tərəfindən keçirilməsi.
-Dərslərin yalnız nəzəri deyil, həm də praktiki şəkildə, laboratoriyada keçirilməsi.
-Yalnız kitablarda rastlanan problemlər deyil, real iş həyatında tez-tez qarşılaşılan problemlərin ortaya qaldırılması və onların qrup şəklində həllinin tapılması.
-Tələbələrə sərbəst tapşırıqlar və araşdırma aparmaq ücün mövzuların verilməsi və hər ayın müəyyən günlərində tələbələr tərəfindən təqdimatın keçirilməsi.
Kurs muddətində bizim üçün birneçə dəfə IT sahəsində çalışan mütəxəssislər tərəfindən seminarlar keçirilmişdir.Seminarlardan sonra isə bizim kursu bitirdikdən sonraki iş həyatımız haqqında qarşılıqlı söhbətlərimiz olmuşdur.
Ümumiyyətlə burada proqram elə qurulmuşdur ki,kursu müvəffəqiyyətlə bitirən hər bir tələbə iş həyatına tam hazır olmuş olur.Bunun nəticəsidir ki,bugun bizim məzunların əksəriyyəti Azərbaycanın ən öndə gedən şirkətlərində çalışmaqdadırlar.
Əgər məqsədiniz gələcəkdə IT üzrə mütəxəssislərdən biri olmaqdırsa, onda yolunuzu mütləq “Professional IT” tədris mərkəzindən salın.Burada əldə edəcəyiniz bilik və qazanacağınız dostluq əlaqələri sizə daim inkişaf etməyə və öndə olmağa yardımçı olacaq!
Hərkəsə Uğurlar!
1.Microsoft 70-270 Microsoft Windows XP Prefessional - 968 bal
2.Cisco 640-802 Cisco Certified Network Associate - 953 bal |
Ad: Asif
Soyad: Abdullayev
İş yeri : Cyborg LTD
Rəy: Mən humanitar yönlü ali məktəbdi bitirməyimə baxmayarag İT sahəsinə həmişə marağım olub. Uzun müddət kompyuter servislərində və kompyuter dükanlarında işləməyimə baxmayarag müəyyən bir həddən yuxarı yuxarı öz biliklərimi müstəgil olarag artırmag və professionalcasına bu işlə məşğul olmagda çətinlik çəkirdim.Lakin PROFESSİONAL İT kurslarında dərslərə başlayandan artıg beş ay sonra İT ilə məşgul olan şirkətə İT mütəxəsis kimi işə düzəldim. |
Ad: Vasif
Soyad: Hüseynov
Status: MCP, CCNA
İş yeri : NokiaSiemensNetwork
Rəy: Çox tərifləmək istəmirəm çünki hal hazırda bir çox təlim mərkəzlərini tərifliyirlər. Sadəcə mən onu deyim ki, altı ay System Administration kursunu keçdim və İT sahəsində özümü inkişaf etdirməyə çox köməy oldu. Microsoft Certified Professional sertifikatını qazanmağımda da Professional kursunun çox böyük rolu oldu. Tələbələrə təcrübəli müəllimlərin dərs deməsi çox böyük şansdır. İT sahəsi isə təcrübə daha böyük rol oynayır. Əgər İT sahəsinə yenidən başlasaydım yenə ilk gedəcəyim yer Professional kursu olardı... : )
Hər kəsə ugurlar...
|
Ad: Kamil
Soyad: Babayev
Status: MCP, MCITP
İş yeri : Zaminbank ASC
Rəy: Ixtisasımın başqa yönlü olması meni həmişə narahat edirdi ki mən necə IT də uğur qazana bilərəm ?Və mən köklü bir IT təhsili almaq qərarına gəldim.Bir neçə treyning mərkəzlerinde oldum.Bunlardan biri de IT Professional idi.
Derslerde bir neçə dərs dinləyici kimi istirak etdim.Dərslərin tam sistemli şəkildə aparılması mənim üçün çox qənaətbəxş oldu..Keçilənlərin labaratoriya şəraitində tətbiq olunması dərslərin daha yaxşı başa düşülməsinə imkan verir.Mənim bu kurslardan öyrəndiklərim mənə Microsoft Cerfified Professional sertifikatını qazanmaqda çox komek oldu.Men “IT Professioanl” seçdiyimə gorə çox uğurluyam.
Men bunu deye bilərəm ki “IT professional” da əsl istedadlar üzə cıxır.Bura həqiqətən iddialıların,qetiyyətlilərin ve IT de böyük uğurlara nail olmaq isteyənlərin yeridir
.
1. 270 Microsoft Windows XP Prefessional - 911
2. 640 Windows Server 2008 Active Directory ,Configuring - 925 bal
3. 642 Windows Server 2008 Network Infrastructure, Configuring - 966 bal
4. 643 Windows Server 2008 Application Infrastructure ,Configuring - 796 bal
5. 646 Windows Server 2008 Server Administrator - 943 bal
6. 647 Windows Server 2008 Enterprise Administrator - 896 bal
7. 351 TS: Microsoft Internet Security and Acceleration Server, Configuring - 1000 bal
8. Cisco Certified Network Associate |
Ad: Kənan
Soyad: Bayramov
İş yeri : Aztelekom İstehsalat Birliyi
Rəy: Mən Azərbaycan Dövlət Texniki Universitetin, Telekommunikasiya ixtisası üzre bitirmişəm.IT sahəsinde çox biliyim olmasada,rabitəden kifayet qəder təcrubəm və biliyim var.Rabitənin ve IT texnologiyalarin suretli birilikde inkisafi olan zamani,mənə IT sahəsini tam derinliklerle oyrənmeyə ehtiyacım oldu. Men ilk addim olarag, tedris merkezlerin axtarasina basladim.Uzun axtarişdan ve araşdirmalardan sonra Professional IT tədris mərkəzini seçdim.Artig 6 ay sonra kecdiyim kursun neticesi olarag ,IT sahesinde cox yuksek bilikleri nail oldum,Inaniram ki gelecekde daha da cox ,bu tədris merkezinde biliklerimi alacam.
Oxumag eyib deyil,ne qocaligda ne de cavanligda!
|
Ad: Sara
Soyad: Abbasova
İş yeri : Bank of Baku
Rəy: Mən Professional IT tədris mərkezində Sistem Administratoru kursu keçmişəm.Verilen tədrisin keyfiyyətindən çox razi qalmişam.Ən azından kursa gələnden bir neçə ay sonra Azərbaycanda ən qabaqcıl banklardan birinə IT specialist vəzifəsinə işə qəbul olundum.və əlbəttə , bu nailiyyətimə görə Professional IT tərdis mərkəzinə təşəkkür edirəm! Çünki, doğurdan da, hər bir kurs iştirakçısının Professional bir kadr olmasında , Professional IT tıdris mərkəzinin əvəzsiz rolu vardir! IT sahəsində özünü inkişaf etdirmək istəyən hər kəsə Professional IT ni tovsiyye edərdim.
. |
Ad: Əli
Soyad: Abdullayev
İş yeri : Europian Tobacco
Rəy: Mən Professional İT kursuna gəlmamişdən əvvəl butün kurslar haqqinda özüm üçün məlumat toplayirdim. Bura gəlməyimin səbəbkarı dostum Rəşad oldu, o bu kursu məndən əvvəl bitirmishdi. Deyə bilərəmki Professional İT kursunu seçməkdə heç də peşman deyiləm. Bu kursun köməyi ilə öz biliklərimi mənim ücün yeni olan səviyyəyə qaldırdım və yeni dostlar qazandım. Mənim fikrimcə Azəbaycanda İT mütəxəsisslərin hazılanmasıda Professional İT kursunun rolu önəmlidir
|
Ad: İlqar
Soyad: Dəmirov
İş yeri : NBCBank ASC
Rəy: Uzun müddət, daha dəqiq desəm 10 ildən artiq İnformasiya Texnologiyaları sahəsində çalışıram. Öz ixtisasım da məhz bu sahəyə aiddir. Uzun müddətli iş təcrübəmin olmasına baxmayaraq, iş prosesində bəzən hələ də cavabını tapa bilmədiyim suallar yaranırdı. Öz professional biliklərimi daha da dərinləşdirmək və iş prosesində yaranan bəzi sualların cavablandırılmasına yardım edə biləcək professional kadrların olduğu kurslara qatılmagı qərara aldım. Yüksək keyfiyyətli kadr potensialına malik, öz nəzəri və təcrübi biliklərini peşəkarlıqla kurs iştirakçılarına çatdırmağı bacaran bir komandaya sahib olan “Professional İT” tədris mərkəzinin kurslarını seçdiyim üçün cox məmnunam. Bu kurslar vasitəsilə öyrəndiyim biliklərin sayəsində iş prosesində qarşılaşdığım problemleri daha operativ həll etmək imkanını əldə etmişəm ki, bu da öz növbəsində iş yükümün azalmasına və iş saatlarımdan daha səmərəli istifadə etməyimə kömək olmuşdur. Son olaraq tədris mərkəzinin professional komandasına öz təşəkkürümü bildirirəm və bu kursları seçmək istəyənlərə uğurlar arzulayıram! |
Ad: Rəfi
Soyad: Rəhimov
Status: MCTS, MCITP, OCA
İş yeri : N/A
Rəy: İT sahəsinə ilk addımım demək olar ki, bu kursla birlikdə başladı.İxtisasım İT sahəsilə əlaqəli olmağına baxmayaraq həmişə universitetdə aldığım biliklər kifayət qədər olmadığından məni qane etmirdi.Professional İT təlim mərkəzində Ruslan və Şahin müəllimlərin verdiyi təhsilin köməyilə mənə Microsoft imtahanlarından uğur əldə etməyə kömək etdi.Bu təlim mərkəzinin gözəlliyi ondan ibarətdir ki,buradakı tələbələr həm nəzəri,həm praktiki biliklər əldə etməklə yanaşı həm də beynəlxalq dərəcəli mütəxəsis ola bilirlər.Bir daha TƏŞƏKKÜRLƏR Professional İT.
1. 642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 975 bal
2. 640 TS:Windows Server 2008 Active Directory, Configuring - 875 bal
3. 643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 976 bal
4. 351 TS: Microsoft Internet Security and Acceleration Server, Configuring -1000 bal
5. 646 Pro: Windows Server 2008 Server Administrator - 943 bal
6. 70-236 TS: Microsft Exchange Server 2007, Configuring - 1000 bal
7. 1Z0-051 Oracle Database 11g: SQL Fundamentals I - 96%
|
Ad: Emil
Soyad: İbrahimov
İş yeri : Beta Tea Azerbaijan Group
Rəy: Mən, uzun müddət bir çox İT Tədris Mərkəzlərini araşdıraraq bunların içərisində İT biliklərimi artırmaq üçün Professional İT Tədris Mərkəzini seçdim. Bu mərkəzi seçməyimin əsas səbəbi buradakı dərslərin peşəkar səviyyədə aparılması, tələbələrə nəzəri biliklərlə yanaşı praktiki dərslərin də tədris olunmasıdır. Kursları bitirdikdən sonra Professional İT tədris mərkəzində aldığım biliklər və təcrübə iş həyatımda mənə çox kömək oldu. Bundan sonra da bu mərkəzdə İT üzrə öz biliklərimi artırmaği planlaşdırıram. Bu sahə üzrə bilik almaq istəyən hər bir kəsə Professional İT Tədris Mərkəzini tövsiyyə edərdim. |
Ad: Vüqar
Soyad: Məmmədov
İş yeri : AZFEN B.M.
Rəy:Azərbaycan Dövlət Neft Akademiyasında ixtisasım “Texniki sistemlərdə idarəetmə və informatika” olsa da belə, İT aləmində qazandığım biliklər bu sahənin mühəndisi olmaq və bu profil üzrə karyera əldə etməyə kifayət etmirdi. Bu sahədə bilikləri genişləndirmək, administrativ proqram paketlərinə yiyələnməkdə “Professional İ.T” təlim mərkəzinin çox boyük köməyi oldu. Bu mərkəzdə dərslərin incəliklərə vararaq keçirilməsi ilə bərabər, həm də texniki problemlərin diskussiyaya çıxarılma yolu ilə həll edilməsinin şahidi oldum.
Artiq inamla deyə bilərəm ki, İT -mənim karyeramdir və “Professional İ.T” təlim mərkəzinə işlərində daha da boyük nailiyyətlər arzulayıram! |
Ad: İlkin
Soyad: İsmayılov
İş yeri : Gizli Saxlanılır
Rəy: İT sahəsinə marağım uşaqlıqdandır. Aparıcı texnologiyaların sürətli inkişafı, qlobal kompüterləşmə və avtomatlaşdırma dövrü hal-hazırda bu sahənin daha da intensiv şəkildə tərəqqi etməsinə zəmin yaratmışdır. Mən də maraqlandığım SYSTEM ADMİNİSTRATİON istiqaməti üzrə real biliyə yiyələnmək üçün bu işdə peşəkar olan İT Professional kurslarına müraciət etdim. Bu kurs bütün ümidlərimi doğrultdu. Nəticədə mən müasir standartlara cavab verən və ən son yenilikləri özündə cəmləşdirən biliklərə yiyələndim. Hal-hazırda da çalışdığım yerdə əldə etdiyim nəzəri və praktiki biliklərimi uğurla tətbiq edirəm. |
Ad: Orxan
Soyad: Həsənov
İş yeri : Messenat Holding
Rəy: Men IT sahesine bu kursla birlikte atilmisam, demek olarki evvelden bu sahe uzre coxda tecrubem veya bilgim olmayib. Lakin bu kursda kecdiklerim ve oyrendiklerim mene cox komek etdi ve men bu sahede ozumu xok inkisaf elettirdim.Ruslan muellimle evvelceden gorusub bu kursa iyul ayinda basladim ve demek olarki bu Professional I.T. Tedris merkezinde universitet derecesinde dersler kecirilir ve bura gelen insanlar dogru istiqamete yonlendirirler.Bu kursla birlikde men System Administrator olarag ilk isime basladim. Men bu kursa baslamag isteyenlercun buranin cox ciddi ve keyfiyyetli bir tedris merkezi oldugunu bir daha yazmag isterdim. |
Ad: Eldəniz
Soyad: Məhərrəmzadə
Status: MCP, CCNA in the pending
İş yeri : R.I.S.K elmi istehsalat shirketi
Rəy: Son zamanlar qlobal dunyadaki Infomasiya texnalogiyalari "BUMU" sozsuzki dunyanin enerji tehlikesizliyinde xususi rolu olan Azerbaycandan yan kecmeyib.Beleki olkemizde neft hasilati ve emali ile meshgul olan 10 dan artiq NEFT shirketli buna misaldir . Faydali ish emasalinin yuksek olmasi bu shirketlerde prioriteti oldugundan, cagdash texnologiyalarin istehsalata tetbiqi ve istifadesi, inkishaf eden olkemize oz tohvesinin vermekdedir.Bir muhendis kimi onu deye bilerem ki, her bir oz peshesini seven insan praktiki bilgilerle paralel nezeri bilgilleri de inkishaf etdirmelidir.Zennimce "IT PROFESSIONAL" bu tendensiyanin inkishaf etdirilmesinin bariz numunesi ve yeridir.
1.Microsoft 70-270 Microsoft Windows XP Prefessional - 996 bal
2.Cisco 640-802 Cisco Certified Network Associate - 960 bal |
Ad: Naida
Soyad: Xəlilova
İş yeri : Xazar Universiteti
İş yeri : Buta İncəsənət Mərkəzi
Rəy: Bu kurslar az muddet erzinde IT sahesinde bas veren yenilikler hagda məlumat, ve onlarla birge bilik verirler. Bu kurslarda oxumag mene cox maragli ve faydali oldu. PC arxasinda ozumu daha inamla hiss etməyə başladım. Bu kurslar cox adamlara is tapmagda kemek edibler. Baxmayarag ki men fərqli sahədə isleyirem, IT Professional kurslarda aldigim bilik mene daim lazimli olur. |
Ad: Elchin
Soyad: Mahmudov
Status: MCTS
İş yeri : International Learning Center
Rəy:
IT sahəsinə olan maraq məndə hələ universitetda təhsil alandan özünü
bürüzə verməyə başlamışdı getdikcə informasiya texnologiyalarının və
kompüterlərin inkişafı məndə bu sahəyə və bu sahənin perspektivinə
olan inamı daha da artirdi, amma humanitar sahədə təhsil almağım mənə
İT sahəsində müvəffəq olmağa tezliklə imkan vermədi bir sıra
kurslarda təhsil aldıqdan və praktiki fəaliyyətdən sonra müəyyən
biliklərə yiyələnsəm də bu həm dövrün həm də mənim öz tələblərimə
cavab vermirdi buna görə passiv də olsa axtarışlarımı davam
etdirirdim, sonda Ruslan müəllimin simasında professional kurslarına
baş vurdum, burada keçirilən dərslərin birində müşahidəçi kimi
iştirak etdikdən sonra əmin oldum ki, bu kurs məhz İT sahəsini özünə
həyat tərzi və perspektiv İT mütəxəssisi kimi yetişmək istəyən
insanlar üçündür. Burada digər kurslarla müqayisədə qiymətlərin
münasibliyi, yüksək professioanalizm və tələbkarlığı qeyd etməmək
sadece olaraq qeyri mümkündür. Bu xüsusiyyətlər də bu kursu öz adı
kimi professionalları yetişdirən kurs edir.
1.620 TS: Configuring Microsoft Windows Vista Client - 804 bal |
Ad: Sohrab
Soyad: Osmanov
İş yeri : SOCAR AQS
Status: MCTS
Rəy: İnformasiya cəmiyyətinin formalaşdığı, insan resurslarının, elm və texnologiyaların iqtisadi inkişafda həlledici rol oynadığı müasir qloballaşma dövründə, informasiya texnologiyaları sürətlə inkişaf edərək, həyatımızın bütün fəaliyyət sahələrində geniş vüsət almışdır. Təlabat isə savadlı, bacarıqlı və beynəlxalq sertifikatlı mütəxəssislərdir. Son nəticədə yüksək tədris mərkəzləri tələb olunur.
Artıq sevinclə demək olar ki, Prosfessional İ.T. tələb olunan bütün tədris resurslarından istifadə edərək və savadlı kadrların hazırlanmasında birincidir. Tədrisin yüksək səviyyə və ən əsası beynəlxalq tədris standartlarına uyğun aparılmasını qeyd etməmək mümkün deyil. Bu kursu müvəffəqiyyətlə bitirən hər bir İT mütəxəssisi beynəlxalq sertifikatlar əldə edərək nəinki Azərbaycanda, hətta dünyanın istənilən ölkəsində informasiya texnologiyaları sahəsində çalışa bilər.
İT sahəsində çalışmaq istəyən hər kəsə tövsiyyəm – Professional İ.T.
Təşəkkürlər Professional İ.T. !
1.640 TS:Windows Server 2008 Active Directory, Configuring - 981 bal
2. 351 TS: Microsoft Internet Security and Acceleration Server 2006 Configuring - 953 bal |
Ad: Abdullayev
Soyad: Rasim
Status: MCTS
İş yeri: AMEA İnformasiya Texnologiyaları İnstitutu
Rəy: Yeni informasiya texnologiyalarının inkişaf tempi ölkəmizdə bu sahəyə marağın artmasına gətirib çıxartmışdır. İT şirkətlərinin, o cümlədən dövlət və qeyri-dövlət təşkilatlarının yüksək bilik və bacarığa malik İT mütəxəssislərinə tələbatı artmaqdadır. Bu səbəbdən, həmçinin İT sahəsinə olan maraq və məhəbbətdən irəli gələrək baza təhsilindən asılı olmayaraq İT üzrə yüksək kadrlar yetişir və bu sahənin biliciləri artır. Bu kadrların hazırlanmasında müxtəlif kursların böyük rolu var. Amma mən sizlərin diqqətini məhz “Professional İ.T.” kurslarına yönəltmək istəyirəm, çünki bu kursun fərqli cəhətləri, xüsusi ustünlükləri vardır. Mən də digərləri kimi (İT kurslarında biliyini artıranlar) bu sahədə müəyyən nəzəri biliklərə və kiçik təcrübəyə malik idim. Lakin nəzəri biliklərin və təcrübənin artırılması üçün “Professional İ.T.” ideal məkandır. Mən “Professional İ.T.” kursunda bilik və təcrübə əldə etməklə yanaşı, gözəl mühit və səmimi yoldaşlar qazanmışam. Digər kursları antireklam etmək istəmirəm, təbii ki, onların da fəaliyyəti məhsuldardır. Amma “Professional İ.T.” kursundakı müəllimlərin yüksək biliyi, pedaqoji yanaşması, ünsiyyət forması, dinləyicilərə qarşı diqqəti və digər müxtəlif amillər bu kursu fundamental kurs səviyyəsinə gətirib çıxardıb. “Professional İ.T.” kursuna tutduğu kursda uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Uğurları və nəticələri göz qabağında olan bu kurslara sizləri də dəvət edirəm. Ilk addımı atın və uğurların davamı gələcək.......
1. 620 TS: Configuring Microsoft Windows Vista Client - 721 bal
2.640 TS:Windows Server 2008 Active Directory, Configuring -887 bal |
Ad: Niyazi
Soyad: Vəzirov
İş yeri : AS Group Co Ltd
Status: MCTS
Rəy:
Professioanl IT kursu haqqında çox şey demək olar. Burada yüksək biliyə nail olmaq, yüksək səviyyəli məllimlərin biliklərindən yararlnmaq və bu sahədə özüvüzə yoldaş tapmaq olar. Mən bu kursa gələndə İT sahəsində biliyim bir qədər çox deyildi amma bu kursun sahəsində bir çox bilik əldə etmişəm. Azərbaycanda bir çox İT kursları var amma Professioanl İT kursu onlardan fərqlidir. Yəqinki bir çox insan bu fərqi bilmək istəyir amma bunu ancaq orda görmək olar.
Mən bu kursun yaradıcılarına və məllimlərinə öz minnətarlığımı bildiriəm ki, bizə belə bir şərait yaradıblar və özləri bir neçə ildə nail olduqları bilikləri bizə çox qısa müddətdə öyrədirlər.
Təşəkkürlər PROFESSİOANL İT.
1. 620 TS: Configuring Microsoft Windows Vista Client - 785 bal
2. 640 TS:Windows Server 2008 Active Directory, Configuring - 962 bal
3. 642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 825 bal
4. 351 TS: Microsoft Internet Security and Acceleration Server 2006 Configuring - 957 bal
5. 643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 723 bal
5. 70-236 Microsoft Exchange Server 2007 - 700 bal
|
Ad: Orkhan
Soyad: Akhundov
Status: MCTS, MCITP Enterprise Administrator
İş yeri : N/A
Rəy: Kiçik yaşlarımdan bu sahə məni çox maraqlandırırdı və heç vaxt bu sahəyə ciddi yanaşmamışam. Başqaları kimi məndə Ali Məktəb oxumaq arzusu ilə Azərbaycan Dövlət Neft Akademiyasina daxil olmuşam, lakin məni bu sahə heç cürə cəlb etmədi və mən hiss edirdim ki, IT sahəsi məni daha çox maraqlandırır. Mən “Professional IT ” kurslarina gələnə qədər bir neçə yerlərdə işlədim və gördüm ki, nəzəri və praktik təhsil almamiş mütəxəssis olmaq mümkün deyil. Ona görə də qərara gəldim ki, “Professional IT” tədris mərkəzində təhsil alım. Mən burada həm kitablardan, həmdə video dərsliklərdən geniş informasiya aldım. Müəllimlərimiz Ruslan və Kamil öz biliklərini yetərincə bizə çatdirdilar. Onlardan aldığım biliklər sayəsində “Microsoft Certification Program” da iştirak edib imtahanlardan yüksək nəticə əldə etdim. Buna görə də mən “Professional IT” – Ruslan və Kamil müəllimə dərin təşəkkürümü bildirirəm. Onların Azərbaycanda IT sahəsinin inkişafında, mütəxəssislərin yetişməsində böyük xidmətləri var. Mən inanıram ki “Professionl IT” də təhsil alan tələbələrdən Azərbaycanın IT strukturunda böyük rol oynaya biləcək sayılıb seçilən mütəxəssilər yetişəcək.
1. 620 TS: Configuring Microsoft Windows Vista Client - 914 bal
2. 640 TS:Windows Server 2008 Active Directory, Configuring - 981 bal
3.
642 Windows Server 2008 Network Infrastructure, Configuring - 983 bal
4. 643 Windows Server 2008 Application Infrastructure ,Configuring - 988 bal
5. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 1000 bal
6. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 929 bal |
Ad: Afət
Soyad: Abbasova
İş yeri : N/A
Status: MCTS
Rəy:
Ixtisasımın informasiya texnologiyaları ilə heç bir əlaqəsi olmasada (həkim), bu sahəyə marağım hələ məktəb illərindən olub. Və nə yaxşı ki, ölkəmizdı “Professional İ.T” Tədris Mərkəzi kimi kurslar mövcuddur ! Buranın yüksək təcrübəli müəllim kollektivi, hansı ki, Sizin bütün suallarınıza cavab verər, bütün dərs vəsaitləri ilə təmin edər. Bundan əlavə qeyd etmək lazımdır ki, dərslər mehriban şəraitdə keçirilir. Dərslərin kollektiv şəkildə keçirilməsi maraqlı, dərk edici və rəqabətlidir. Həm təzə biliklərin toplanması, həmdə öz gözlərində böyümə rəqabəti əmin edir ki, siz bilirsiniz, ən əsası isə bacarırsınız. Professional İ.T tramplin kimi həyatda olduqca böyük nailiyyətləri əldə etmək üçün sizə kömək edən, məncə, ən layiqli məkandır !
1.TS: 643 Windows Server 2008 Application Infrastructure ,Configuring - 700 bal
2.TS: 620 Configuring Microsoft Windows Vista Client 957 bal
|
Ad: Ceyhun
Soyad: Musayev
Status: MCP, MCTS, MCITP, OCA
İş yeri : N/A
Rəy: İxtisasım ferqli bir sahe olsada İT sahəsi həmişə mənim üçün daha maraqlı olmuşdur.Bu səbəbdən Azərbaycanda bu sahə daha yenicə inkişaf etməyə başladığı vaxtdan oz üzərimdə çalışmışam.Müəyyən zaman keçdikdən sonra biliklərimi da daha da genişləndirmək və eyni zamanda professional bir müstəviyə keçirtmək qərarına gəldim.Şəhərdəki İT kursları təklif edən bütün kurslarla maraqlandım.Uzun araşdırmalardan və ciddi analizdın sonra məhz Professional İT tədris mərkəzin seçdim.Müəyyən vaxtdan sonra qərarımda yanılmadıgımı və Professional İT kurslarının məhz mənə lazım olan təlim tədris mərkəzi olduğunun şahidi oldum.İT sahəsində böyük nailiyyətlər əldə etmək istəyirsinizsə,mən öz adımdan, bu training center ə müraciət etməyinizi məsləhət görərdim. Təşəkkürlər Professional İT.
1. 620 TS: Configuring Microsoft Windows Vista Client - 875 bal
2. 642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 875 bal
3. 640 TS:Windows Server 2008 Active Directory, Configuring - 800 bal
4. 643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 838 bal
5. 647 Pro: Windows Server 2008, Enterprise Administrator - 910 bal
6. 646 Pro: Windows Server 2008, Server Administrator - 800 bal
7. 70-351 TS: Microsoft Internet Security and Acceleration Server, Configuring -930
8. 70-284 TS: Implementing and Managing Microsoft Exchange Server 2003 - 856 bal
9. 1Z0-007 Introduction to Oracle9i: SQL - 80%
10. 1Z0-042 Oracle Database 10g: Administration I - 82%
|
Ad: Elnur
Soyad: Əsgərov
İş yeri : RabitaBank
Rəy: Mən Azərbaycan Texniki Universiteti, Maşınqayırma fakultəsində 2 kursda oxuyuram. İxtisasım İ.T. sahəsində olmamasına baxmayaraq Professional I.T . Təlim mərkəzində Sistem administratoru kursunu almışam. Bu kursun sayəsində RabitaBankda İ.T. specialist vəzifəsində işləməyə başladım. Buna görə Ruslan və Şahin müəllimə dərin minətdarlığımı bildirirəm . Gələcəkdə uğur qazanmaq üçün Professional.İ.T kifayətdir . |
Ad: Rasim
Soyad: Usmanov
Status: MCTS
İş yeri : N/A
1.TS: Configuring Microsoft Windows Vista Client 070-620- 850 bal
2.640 TS:Windows Server 2008 Active Directory, Configuring - 1000 bal |
Ad: Aleksandr
Soyad: Pyatkin
İş yeri : Gulf Industry
Status: MCTS
Rəy:
Ulu Öndər Heydər Əliyevin bir məhşur kəlamı var: “ Kim ki, biliyindən və bacarığnda lazimi anda istifadə etmir, o həmişə məğlub olur.” İT Professional Kursları – sisadmin üçün “həyat məktəbi” kursları adına layiqdır. Bu kurslarda mən İT sistemlərində yaranmış çətinliklərin çoxsunda müvəfəqiyyət qazanmaq bacarıqlarını əldə etdim. Və əminəm ki, bu biliklər məni, bu çətin və zəhmətkeşli həyat yolunda kömək edəcəkdir.
1. 620 TS: Configuring Microsoft Windows Vista Client - 914 bal
2. 640 TS:Windows Server 2008 Active Directory, Configuring - 737 bal
3. 642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 825 bal
4. 351 TS: Microsoft Internet Security and Acceleration Server 2006 Configuring-884 bal
5.643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 815 bal
|
Ad: Əliqəmərli
Soyad: Namazov
Status: MCP, MCITP
İş yeri : BESTCOMP GROUP
Rəy: IT infrastrukturuna marağım elə ilk dəfə PC gabağına oturandan var. Həmişə istəmişəm ki, 1-ci olum. Və butun istəyənlərə məsləhət gorurəm qarşılarına boyuk, çox böyük məqsəd qoysunlar, ona gore ki nailiyetler elde edende asan qisa yolun nailiyetinde daha chox olur. Chetin ishin zehmetinin behresi chox shirin olur.
Necha aylar idi ki azerbaucanda professional training cent axrariridim sertifikatlashmaq uchun, Uzun axtarishdan sonra Professional IT internet seyfesinde tapdim. Dogurdan sehv etmemishem, bura esl professionalrin yeridi.
.
1. 643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring
2. 640 TS:Windows Server 2008 Active Directory, Configuring
- 700
3. 642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 730
|
Ad: Müşviq
Soyad: Quliyev
İş yeri : Pasha-k
Rəy:
Professional IT merkezi Azerbaycanin IT-i sahesinde en onemli yerlerinden biridir.Menim bura gelmemishden evvel IT sahesinde hec bir tecrubem yox idi.Professional IT verdiyi elmle xeyli tecrube topladim.Buna gore Professional IT-ye ve buranin rehberi Ruslan mellime cox minnetdaram.
|
|
1 | 2 |
|