İyunun 4-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının “SABAHın məzunu” mərasimi keçirilib.
İyunun 4-də Professional İT Training Centerində rəsmi tərəfdaşı olduğu Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının “SABAHın məzunu” mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın SABAH-ın məzunlarına ünvanladığı təbrik məktub oxunub.
Daha sonra SABAHın məzunları SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsildən danışıb.
Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək SABAH qruplarının ilk məzun mərasiminin məhz ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu mərkəzdə baş tutmasının simvolik məna daşıdığını bildirib. Nazir qeyd edib ki, savadlı, bacarıqlı və hazırlıqlı gənclər ölkəmizin gələcəyini təmsil edir. Məhz bunun üçün də təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub.
Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təhsil naziri Birinci vitse-prezidentin müraciətinin təhsilə və gənclərə diqqət və qayğısının daha bir təzahürü olduğunu qeyd edib.