SABAH Karyera Akademiyasının təqdimatı

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan Professional IT Təlim Mərkəzi bu qəbildən növbəti təşəbbüsə qoşuldu. Belə ki, Təhsil Nazirliyində Professional IT təlim mərkəzinin də rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutdu. SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram çərçivəsində Təhsil Nazirliyi və Professional IT Təlim Mərkəzi istedadlı tələbələrin İnformasiya Texnologiyaları fəaliyyətlərinin səmərəliliyini artırmaq, nəzəri və praktiki baxımdan hərtərəfli hazırlığa malik ali təhsilli gənclər yetişdirmək məqsədilə birgə fəaliyyət göstərirlər.
ətraflı: http://edu.gov.az/az/page/9/13531