Ruslan Məmmədov


Mən İT Professional kurslarına gələndə İT sahəsində bilik səviyəm çox aşağı idi, İT sahəsində işə yeni başlamışdım.İT Professional kurslarından aldığım biliyin əsasları ilə 2 il ərzində bir çox sertifikatlar aldım və işimdə bir çox uğur qazandım. Verdikləri biliklərə görə Professional İT kurslarına və Ruslan məllimə dərin minnətdarlığımı bildirirəm.


Müşfiq Namazov


Mən unversiteti bitirdikdən sonra əsgərlikdən gəldim özəl şirkət də İT üzrə təcrübədə oldum bildimki biliklərim azdir, şirkət də məni öyrədən sistem administratoru dedi ki, İTdə köməkçi olma bu işin professionali ol. Bu söz mənim qulağımda sırxa oldu. Yaxın dostlardan maraqlandım keyfiyyətli kurs professinal kursunu Ruslan məllimi məsləhət bildilər.Kursda kitablar, video dersliklər labaratoriya və müəllimin keyfiyətli dərsi mənə çox qane etdi.Mən bu kursdan aldığım biliklər zamanı Ruslan məllim istiqamətləndirdi və tez bir zamanda iş tapıb işləyirəm.Biliklərə görə çox təşəkkür bildirirəm Ruslan məllimə.Hər kəsin tam biliyə alabiləcəyi kursdur. Azərbaycanda İT üzrə və yaxudda dünyanin hər bir yerində aldığı biliklər nəticəsində iş tapıb işləyə bilər.


Rasim Usmanov


Ixtisasımın informasiya texnologiyaları ilə heç bir əlaqəsi olmasada (həkim), bu sahəyə marağım hələ məktəb illərindən olub. Və nə yaxşı ki, ölkəmizdı “Professional İ.T” Tədris Mərkəzi kimi kurslar mövcuddur! Buranın yüksək təcrübəli müəllim kollektivi, hansı ki, Sizin bütün suallarınıza cavab verər, bütün dərs vəsaitləri ilə təmin edər. Bundan əlavə qeyd etmək lazımdır ki, dərslər mehriban şəraitdə keçirilir. Dərslərin kollektiv şəkildə keçirilməsi maraqlı, dərk edici və rəqabətlidir. Həm təzə biliklərin toplanması, həmdə öz gözlərində böyümə rəqabəti əmin edir ki, siz bilirsiniz, ən əsası isə bacarırsınız. Professional İ.T tramplin kimi həyatda olduqca böyük nailiyyətləri əldə etmək üçün sizə kömək edən, məncə, ən layiqli məkandır!

1.TS: Configuring Microsoft Windows Vista Client 70-620- 850 bal
2.70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 1000 bal


Safar Sayilov


Bu sahəyə marağım o qədər yüksək idi ki, Şamaxıda inkişaf edə bilmirdim. Bu səbəbdən rayondan həftədə 2 dəfə Bakıya kurslara gəlməyə başladım. Qısa vaxtda Ruslan müəllimin köməkliyi ilə microsoft imtahanına girərək beynəlxalq sertifikata yiyələndim.

1. 70-642 Windows Server 2008 Network Infrastructure, Configuring - 700 bal 


Məqsud Zulfaliyev


İlk network addımlarımı Professional IT başlamışam, qısa bir muddətdə böyük həcmdə informasiya topladim, lazımlı biliklərə sahib oldum. Cisco-nun ilk sertifikatı olan CCNA ala bilmişəm. Maraqlı dərslər, lablar, ve movzuları geniş formada faydalı muzakirələr olub.


Vəlizadə Şirazi


İnformasiya Texnologiyaları sahəsi ixtisasım olmasada əvvəldən İT sahəsinə böyük marağım olub. Hər zaman bu sahədə işləmək istəmişəm. Əsgərlikdən sonra bu  sahə üzrə kurs axtarmağa başladım. Yazılan rəylər və bir dostumun məsləhəti məni  Professional IT kursuna yönəltdi. Elə ilk dərslərdən doğru seçim etdiyimə əmin oldum. Ruslan müəllimin pedaqoji ustalığı və böyük təcrübəsi məni daha da həvəsləndirdi. Başda Ruslan Şərifov olmaqla bütün Professional İT komandasına təşəkkürümü bildirirəm. Hər zaman uğurlarınız bol olsun.


Elvin İsmayılov


Mən informasiya texnologiyaları fakültəsini bitirmişəm.İndi isə proffessional İT kurslarına başlamışam.Düzdür bu mənim üçün çox çətindir amma Allahın köməkliyi ilə zirvəyə çatana qədər bu işin arxasınca gedəcəm.Bu yolda mənə dəstək olan Ruslan müəllimə öz minnətdarlıgımı bildirirəm.

1. 70-680: TS: Windows 7, Configuring - 764 bal


Mürsəl Qurbanlı


İnformasiya Texnologiyaları sahəsinə marağım tələbəlik illəri ərzində artmağa başladı.  Daha sonra bu sahəni bir az da olsa öyrənmək ücün forumlardan dərslikləri izlədim. İlk addımları özum sərbəst öyrənərək atdım, lakin daha dərin biliyə yiyələnməyim ücün peşəkarlara ehtiyacım var idi.  Tanışlarım mənə Professional I.T tədris mərkəzini daha doğru seçim olacağını məsləhət gordülər. Həqiqətən də mən çox doğru seçim etmişdim.  Burada mən Ruslan müəllimlə tanış oldum. Həqiqətən də Ruslan müəllimin mənə əməyi çox böyük oldu. O bu sahənin dərinliklərini tədris etdi mənə.  Nə yaxşı ki, sizi tanımışam. Bizə verdiyiniz biliyə, təcrübəyə görə sizə çox minnətdaram.

1. 70-410: Installing and Configuring Windows Server 2012 - 873 bal
2. 70-411: Administering Windows Server 2012 - 875 bal


Hacı Hacıyev


Beynəlxalq Münasibətlər ixtisasını bitirməyimə baxmayaraq həmişə IT sahəsinə marağım olub Elə bu maraq məni Professional IT Tədris mərkəzinin kurslarına qatilmağa vadar etdi. Saytlarda kurslar ilə maraqlandım ən nəhayət seçimi etdim və yanılmadım. Çox şadam ki, Ruslan m. köməkliyi ilə biliklərə yiyələnməyə başladım və bəhrəsini gördüm. Hər bir IT biliklərinə yiyələnmək istəyən, nəticə əldə etmək istəyən şəxslərə bu kursa qatılmağı məsləhət görürəm. 

1. 70-680: TS: Windows 7, Configuring - 764 bal


Rəşad Muradov


“Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan". 
Mən dahi yazıçımız Nizami Gəncəvinin bu gözəl kəlamının tərəfdarıyam. Hər şeydən məlumatlı olmaq yaxşı göstəricidir. Ancaq mən düşünürəm ki, hansısa daimi və uzunmüddətli bir sənətə, ixtisasa yiyələnmək istəyəndə, bu sənətin professionalı, mütəxəssisi olmaq lazımdır. 
"I.T" ixtisasi (sahəsi) üzrə mütəxəssis olmaq mənim çoxdankı arzum, istəyim idi. Şükürlər olsun ki, yaxın bir yoldaşın köməkliyi ilə "Professional I.T" tədris mərkəzində, “I.T” sahəsi üzrə təhsil almaq mənə də qismət oldu. Allahın köməkliyi və Ruslan müəllimin zəhmətinin nəticəsidir ki, “I.T” sahəsi haqqında dərindən öyrəndim, sirlərinə yiyələndim, bir çox tələbələr kimi mən də hər tədrisin ayının sonunda imtahandan uğurlu nəticə və beynelxalq sertifikatla fərqlənməyə nail oldum. Bunun üçün də, "Professional I.T" tədris mərkəzinə, Ruslan müəllimə, kurs yoldaşlarıma böyük təşəkkür ve minnətdarlığımı bildirirəm. "I.T" sahəsi üzrə mütəxəssis olmaq istəyənlərə "Professional I.T" tədris mərkəzini tövsiyə edirem. Həqiqətən professionallara layiq bir məkandır –“Professional I.T” 


1. 70-687: TS: Windows 7, Configuring - 900 bal 
2. 74-409: Windows Server Hyper-V and System Center - 900 bal 
3. 70-410: Installing and Configuring Windows Server 2012 - 800 bal
4. 70-411: Administering Windows Server 2012 - 860 bal
5. 070-412: Configuring Advanced Windows Server 2012 Services - 733 bal 


Tural Ahmadov


IT sahəsində ilkin biliklərə yiyələndikdən sonra özümü daha da inkişaf etdirmək qərarina gəldim. İş mühitində məhsuldarliğin artirilması üçün şərtdirki, daima inkişaf edib yeni biliklər əldə edəsən.Yaxinlarimdan birinin məsləhəti ilə Ruslan müəllimlə və Professional İT tədris mərkəzi ilə taniş oldum. Burada olan səmimi ortam və düzgun istiqamətdə tədris metodu kursu uğurla bitirməyimə səbəb oldu. Öyrəndiyim biliklərlə hal-hazirki işimdə daha keyfiyyətli fəaliyyət göstərirəm. Biliklərimi günü-gündən təqbiq etməyə çalışiram. Bu isə mənim uğurlu və məhsuldar mütəxəssis olmağima səbəb olur. Son olaraq başda Ruslan müəllim olmaqla Professional İT tədris məzkəzinin kollektivinə təşəkkürümü bildirirəm.


Vüqar Xıdırbəyli


7 ilə yaxın İnformasiya texnologiyalarının idarəolunması sahəsində çalışdığıma baxmayaraq, daim dinamikada olan bu sahənin tələblərinə cavab verən mütəxəssis olmaq üçün Professional İT kurslarında iştirak etməyə qərar verdim. Kurs mənə informasiya texnologiyaları barədə bir sıra yenilikləri öyrənmək və çalışdığım işdə tətbiq etmək, bu sahədə biliklərimin təkmilləşdirilməsi, müasir əməliyyat sistemlərinin öyrənilməsi, onların təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli kömək etdi. Eləcə də server administrasiyası sertifikatını əldə etmək üçün kurs ciddi stimul oldu. Çox sevindirici haldır ki, tədris Microsoft sertifikatlaşdırılmış trener (MCT) tərəfindən aparılır, qoyulan suallara tam və dolğun cavab almaq olur. Belə bir atalar sözü var cavanlar qaydaları, yaşlılar istisnaları bilir. Amma Ruslan müəllimin keçdiyi dərslər bunu göstərir ki, yaşından asılı olmayaraq hər bir adam burda qaydalarla yanaşı istisnaları da öyrənə bilər. 

1.620 TS: Configuring Microsoft Windows Vista Client - 871 bal
2. 640 TS:Windows Server 2008 Active Directory, Configuring
3. 642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 953 bal
4. 70-236 TS: Microsft Exchange Server 2007, Configuring - 900 bal 


Kənan Məmmədov


İnformasiya Texnologiyaları üzrə bakalavr təhsili aldığıma baxmayaraq hərbi xidmətdə anladımki bugünə kimi öyrəndiklərim İT sferasında çox cüzi bir hissədir. Hərbi xidmətdən qayıtdıqdan sonra məndə bu yolda irəliləməyimi təmin edən kurs axtarmağa başladım. Bir mütəxəssisin sözü ilə “Professional İT” kursunu seçdim və buna görə də bugün həm həmin şəxsə, həm də bu səviyyəyə çatmağımda əvəzsiz əməyi olan Ruslan müəllimə təşəkkürlərimi bildirirəm.


1. 70-687: TS: Windows 7, Configuring - 700 bal 
2. 74-409: Windows Server Hyper-V and System Center - 900 bal 
3. 70-410: Installing and Configuring Windows Server 2012 - 793 bal
4. 70-411: Administering Windows Server 2012 - 833 bal


Kərim Quliyev


Neçə ildirki bu sahəyə marağım çox böyükdür və həmişə arzulamışam IT sahəsində professional dərəcədə işləməyi. Sonda fərqinə vardımki təkcə arzulamaqla iş bitmir arzuları həyata keçirmək üçün məqsəd olmalıdır və professional olmaq üçün məhz professionaldan dərs almaq lazımdır. Artıq ilk uğura imza atmışam və bu uğura gorə Ruslan müəllimə çox böyük təşəkkür edirəm ve söz verirəmki mən ve qrupumuzun bütün üzvləri sizə layiqli tələbə olacağıq. Sizin bizə öyrətdikləriniz tükənməyən bir sərvətdir və bu servət nəinki bizim hətta ölkəmizin parlaq gələcəyindən xəbər verir. Sonda üzümü cənab Steven Ballmerə tutub demək istəyirəmki siz hələ çox sertifkata imza atacaqsınız ;)

1. 70-680: TS: Windows 7, Configuring - 1000 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 860 bal
3. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 860 bal 


Kamran İsmayılov


Bir çox insanlarda olduğu kimi yalnış ixtisas seçimi, həvəsim, bir sıra məqsədlərim ve qardaşımın köməkliyi bu sahəyə yönelməyimə istiqamət verdi. İstiqamətimin doğru olduğuna Professional IT kursuna gəldikdən və Ruslan müəllimi tanıdıqdan sonra bir daha əmin oldum. IT sahəsində savadlı mütəxəssis olmaq üçün ilk öncə həvəs, sonra Ruslan müəllim ve Professional IT kursu lazımdır. Təşəkkür Ruslan müəllim! Təşəkkür Professional IT!


Şahin Abbasov


Məktəb vaxtından IT sahəsinə marağım böyük olub, ona gorə də fakultə olaraq Azerbaycan Texniki Universiteti Komputer Muhəndisliyi fakultəsini seçmişəm. İT kursları ilə maraqlandım, sonda axtardığımıProfessional İT kursunda tapdım, Kursun ilk ayının sonunda müvəffəqiyyətlə ilk sertifikatıma yiyələndim. Məqsədim bu sahədə daha böyük uğurlara nail olmaqdır. Təbii ki, Ruslan müəllimin köməyi ilə bu uğura yiyələnəcəm.Təşəkkürlər Ruslan müəllim, Təşəkkürlər Professional İT! 

1) 70-687 configuring windows 8.1 - 726 score


Mammad Mammadov


İ.T kursları bizim gələcək həyatımız, işıqlı gələcəyimiz, xoşbəxtçiliyimizdir. Bu kurslarda çox uğur qazanan hər bir gənc haqqında bela deyə bilərəm: “Biliyi, savadı, dünyagörüşü, fiziki qüvvəsi və vətənpərvərliyi ilə vəhdət təşkil edən gənclərin yaratdığı ölkənin gələcəyi hər zaman parlaqdır, çünki informasiya texnologiyası hər bir gəncin qürur mənbəyi, onun ən qüdrətli, ən ecazkar,yenilməz və qarşısı alınmaz qüvvəsidir”. Öz bilik və savadını bizdən əsirgəmiyən Ruslan müəllimə öz dərin minnətdarlığımı bildirirəm. “Gələcəyimiz olan gənclər ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət etməlidirlər!” Heydər Əliyev 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 850 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 887 bal
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 875 bal
4. 70-351 TS: Internet Security and Acceleration Server 2006 Configuring-1000 bal 


Azad Qəhrəmanov


Bu sahəyə marağım bir neçə il bundan əvvəl yaransa da, başqa ixtisasa sahib olduğumdan və başqa sahələr üzrə işlədiyimdən bu sahə ilə bağlı biliklərim çox az idi. İlk dəfə Professionala gəldiyimdə, içimdə məni narahat edən bir sual var idi: "Görəsən bu sahəni öyrənə bilərəmmi?" Lakin, Ruslan müəllim elə ilk görüşdəcə mənə bildirdi ki, bütün bunlar İT haqqında biliyə sahib olmağa maneə deyil. Kursa başlamağımdan bu yana qısa müddət keçməsinə baxmayaraq, onun nə dərəcədə haqlı olduğunu görürəm. Bu sahədə əldə etdiyim ilk uğur isə bunun əyani nümunəsidir.

1. 70-680: TS: Windows 7, Configuring - 790 bal 
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 700 bal 


Alim Seyfullayev


Professional İT-ni dostum məsləhət görmüşdü. Mən burada Cisco CCNA dərslərinə qoşuldum. Əgər sizində məqsədiniz varsa və bu məqsədə çatmaq üçün düzgün yol seçməlisiniz. Bu yolda sizə Professional İT tədris mərkəzi kömək göstərəcəkdir. 


Mehman Əliyev


Uşaq vaxtlarımdan İT sahəsinə marağım olub. Universitetə qəbul oldum maliyyə kredit ixtisası üzrə. Universitet illərində çalışırdım vaxtımı səmərəli keçirdim, it sahəsi üzrə özümi daim inkişaf elətdirim. Kursa yazıldım 3-ay müddətində it helpdesk. Kursu bitirdikdən sonra bir neçə yerdə işlədim it helpdesk və texnik. Buna baxmayaraq özümə güvənəcək qədər bilik toplaya bilməmişdim. Calışırdım mükəmməl şəkildə it sahəsin öyrənim. Yaxın bir yoldaşın tövsiyyəsinə görə it sahəsində mükəmməl biliklərə sahib olmaq üçün öz üzərində çoxlu calışmaq və beynəlxalq sertifikatlara sahib olmaqdır. İnternetdə İT kursları haqqında araşdırma apardım. Uzun axtarışdan sonra Professional IT internet səhifəsini tapdım. Professional İ.T. Tədris Mərkəzinin kurslarıyla maraqlandım. Dərslərin IT sahəsində uzun müddət təcrübəsi olan və beynəlxalq sertifikatlara sahib mütəxəssis tərəfindən keçirilməsi. Çox gözəl tədris vermək bacarığlı müəllimləri. Dərs zamanı movzu müzakirələri və praktiki şəkildə deyilməsi. Tələbələr bütün lazım olan tədris materialları ilə təmin olunurlar.Sonda qərara gəldim sys-admin kurslarına qatılım. Biliklərimin sistemli inkişafının və İT sahəsində qalmağımın səbəbkar Profesianal İT kursuna, Ruslan Şərifova təşəkkürimi bildirirəm.Proffesional  İ.T  Tədris mərkəzinin gələcəy faəliyyətində uğurlar arzu edirəm..


Sabir Məmmədov


Hərbi xidməti bitirdikdən sonra atamın məsləhəti ilə İT kursları ilə maraqlanmağa başladım.Araşdırmalarımın sayəsində  bu sahənin çox şaxəli və maraqlı olduğunu gördüm. Bununla əlaqədar keyfiyyətli, yaxşı kurslar axtarmağa başladım və nəticədə Professional İT kurslarında olan Cisco CCNA dərslərinə qatıldım.Nə yaxşı ki, öz seçimimdə yanılmamışam və xüsusilədə Ruslan müəllim və onun kollektivinə minnətdaram. Burdakı maraqlı və bacarıqlı kollektivə dərin təşəkkürümü bildirirəm və sizində  Professional İT kurslarına gəlməyinizi tövsiyyə edirəm. 


Şamil Qaflanov


İT sahəsinə məktəb illərindən marağım olub. 9-cu sinifdə oxuyanda məşğul olmağa başlamışam. Universitetə daxil olandan sonra kiber təhlükəsizlik (Cyber Security) sahəsi yönəldim. Cyber Security elə bir sahədir ki, burada gərək İT-nin bütün sahələrindən məlumatın olsun. Azərbaycanda kiber təhlükəsizlik o vaxt tədris olunmurdu deyə sırf Network və sysadmin və s. bilikləri artırmaq üçün Professional İ.T. Mərkəzinə müraciət etdim. Burada Ruslan Şərifovla tanış oldum və kurs boyunca həm nəzəri həmdə praktiki biliklərə sahibləndim. Məqsədim Cisco CCNA və ya System administration sahəsində irəliləmək deyildi məqsəd burada mənə lazım olan bilikləri artırmaq və dərindən bilmək idi. Və bunu bacardım. Buna gorə Ruslan müəllimə təşəkkürlərimi bildirirəm. Mənə tək sysadmin yox digər biliklərə də yiyələnməyə kömək oldu.
Nəticədə mən 2-ci kursdan etibarən Rabitə Nazirliyində çalışıram. Hal-hazırda çalışdığım yerdə əldə etdiyim praktiki və nəzəri biliklərimi tətbiq edirəm.


Təbriz Cabbarlı


Universitet təhsili ilə İT sahəsində ehtiyac duyulan bir kadra çevrilmək çox çətindir, bəlkə də mümkünsüz. Bu sahədə hansısa bir nöqtəyə gəlmək üçün ilk olaraq düzgün istiqamət, sonra isə seçdiyin istiqaməti dərindən öyrənmək lazımdır. İT sahəsini öyrənmək istəyənlər üçün çoxlu sayda kurslar mövcuddur. Əsas məsələ düzgün kursu seçib, lazımı biliklərə yiyələnməkdir. Mən öz seçimimi Professional İ.T tədris mərkəzindən yana etdim. Kursa sərf etdiyim vaxtın nə qədər dəyərli olduğunu indi iş şəraitində daha yaxşı başa düşürəm. Gələcəkdə kursun imkanlarından istifadə edib bu sahəni daha da dərindən öyrənməyə çalışacam. Biliklərini bizdən əsirgəmədiyi üçün Ruslan müəllimə təşəkkür edirəm. Ugurlarımız bol olsun...


Şahin Səfərov


Professional İ.T Təlim Mərkəzindəki imkanlar buradan məzun olan insanların nəinki Azərbaycan həmçinin bütün dünyada müvəffəqiyyət qazanacaqlarından xəbər verir 

1. 70-270 - Installing, Configuring, and Administering Microsoft® Windows® XP Professional - 952 bal 
2. 70-294 - Microsoft Windows Server 2003 Active Directory Infrastructure - 899 bal 
3. 70-350 – Implementing Microsoft Security Acceleration Server 2004 - 894 bal


Alik Xankişiyev


İnformasiya Texnologiyaları sahəsi üzrə ali təhsil almışdım. Lakin, bu sahə üzrə yetərincə biliyə yiyələnə bilməmişdim. Təbii ki, hər gün İKT sahəsinin ölkəmizdə yüksək sürətlə inkişaf etməsi mənim gələcəkdə bu sahədə çalışmağıma əlavə stimul verdi. Və başladım ətrafımdakı İKT sahəsində olan yoldaşlardan "İ.T. biliyimi necə təkmilləşdirə bilərəm" sualına cavab tapmağa. Bu kurslarda iştirak edən yaxın yoldaşlardan biri mənə Professional İ.T. Tədris Mərkəzini tövsiyyə etdi. Bu kurslar nəinki mənə İ.T. biliyimi təkmilləşdirməyə, hətta bu sahədə düzgün istiqamətə yönləndirdi. Başda Ruslan müəllim olmaqla bütün Professional İ.T. Tədris Mərkəzinin əməkdaşlarına dərin təşəkkür edirəm.


Anar Ağayev


İxtisasım İ.T ilə heç bir əlaqəsi olmasada (GM), bu sahəyə marağım çoxdan olub. Bu sahə üzrə az bir təcrübəmə baxmayaraq, uzun müddət Tədris Mərkəzinin axtarışından sonra “Professional İ.T” Tədris Mərkəzini seçdim. İlk ayın nəticəsi müsbət olduğundan, bundan sonra da “Professional İ.T” Tədris Mərkəzində İ.T üzrə öz biliklərimi artirmağı planlaşdırıram. Dərslər çox yüksək səviyyədə keçirilir və az bir müddət ərzində nəticə əldə olunur. Buna görədə mən Ruslan müəllimə təşəkkürümü bildirirəm!! 
İ.T üzrə yüksək səviyyəli biliklərə nail olmaq üçün “Professional İ.T” Tədris Mərkəzini seçməkdə yanılmayacaqsınız!!

1. 70-680: TS: Windows 7, Configuring - 836 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 850 bal 
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 790 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 933 bal 


Adil Cəfərov


Bir neçə ildir ki, informasiya-texnologiyaları sahəsində çalışıram. Bilik və bacarığımı peşəkar səviyyəyə qaldırmaq üçün səriştəli və bu sahədə ixtisaslaşmış mütəxəssislərin bilik və təcrübələrindən bəhrələnmək fikrinə gəldim. Bu məqsədlə Professional İT “System administrator” ixtisas artırma kursunda iştirak etməyə qərara aldım. Çox şadam ki, məhz Professional İT. Kursunda iştirak etmişəm və seçimimdə yanılmamışam. Ümidvaram ki, kurs ərzində əldə etdiyim bilik və təcrübə gələcək işimdə mənə hərtərəfli kömək edəcək və bu sahədə qarşılaşdığım problemlərin həllində mənə yardım edəcək. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 700 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 752 bal
3. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 931 bal 


Məmmədbağır Əliyev


Universitet vaxtından IT sahəsinə marağım böyük olub. Təhsilimi bitirdikdən sonra Oracle Məlumat Bazasının İdarəetmə Sistemləri sahəsində savadımı müstəqil şəkildə artırmağa başladım. Amma yenə də professionalların təcrübəsinə və məsləhətlərinə böyük ehtiyacım var idi. Dostlarımdan Professional IT haqda eşitdim və dərhal kursa yazıldım. Üzərimizdə əməyi olan şəxslərə dərin minnətdarlığımı bildirirəm. Hal-hazırda kursda dərslərim davam edir.

1. 1Z0-051 Oracle Database 11g: SQL Fundamentals I -98%
2. 1Z0-147 Program with PL/SQL - 86% 
3. 1Z0-052 Oracle Database 11g: Administration I - 95%
4. 1z0-053 Oracle Database 11g: Administration II - 88% 


İlkin İskəndərli


IT sahəsinə əvvəlcədən marağım olub. Ona görə də bu sahə üzrə ixtisaslaşmaq istədim. Ali təhsilimi Komputer Mühəndisliyi ixtisası üzrə təhsil almışam. Bu kurs haqqında universitetdəki tələbə yoldaşımdan məlumat əldə etmişəm. Kursa ilk başladığım zaman kurs haqqında fikirlərim bir o qədər parlaq deyildi. Xüsusilə də düşünürdüm ki MCP imtahanını keçə bilməyəcəm. Amma zaman keçdikcə heç bir şeyin fikirləşdiyim kimi olmadığını gördüm və hətta ilk MCP sertifikatımı da əldə etdim. Artıq 2-ci sertifikat üçün hazırlaşıram. Kursdakı Ruslan məllimə bizə öyrətdiyi biliklər, bütün çəkdiyi əziyyətlər və köməklər üçün çox təşəkkür edirəm.


Tural Aslanlı


Hərbi xidməti başa vurduqdan sonra IT karyeramı davam etdirmək yəni istiqamətdə peşəkar kadr kimi formalaşmaqdan ötrü nəzəri biliklərimi artırmaq və ixtisaslı kadr olmaq üçün kurs axtarışında idim. Dostumun mənə məsləhəti ilə Ruslan m. rəhbərliyi altında professional.az kursunda MCSA istiqamətində dərslərə başladım. Tədrisin keyfiyyətinin nəticəsi olaraq ilk serrfikatımı aldım və daha da həvəsləndim. Əlde etdiyim uğurlara görə Ruslan m. dərin təşəkkürümü bildirirəm.

646    Pro: Windows Server 2008, Server Administrator       

640    Windows Server 2008 Active Directory, Configuring

642    Windows Server 2008 Network Infrastructure, Configuring  

680    TS: Windows 7, Configuring


Rəşad Nəsibov


Professional IT təlim mərkəzi Azərbaycan IT sahəsinde ən önəmli yerlərdən birini tutur. Mən buna bu kursda təhsil aldiğım zaman əmin oldum. Bu kursa gəlməmişdən əvvəl mənim IT sahəsində çox az tərübəm var idi. Lakin kursda təhsil aldıqca mən artıq bu sahədə nə qədər irəli getdiyimin şahidi oldum . Kursu bitirdikdən sonra müxtəlif yerlerde işlədim. Məncə bu həm professional kursu həm də özüm ücün boyük nailiyyətdir.


Kənan Bayramov


Mən Azərbaycan Dövlət Texniki Universitetin, Telekommunikasiya ixtisası üzre bitirmişəm.IT sahəsinde çox biliyim olmasada, rabitəden kifayet qəder təcrubəm və biliyim var.Rabitənin ve IT texnologiyalarin suretli birilikde inkisafi olan zamani,mənə IT sahəsini tam derinliklerle oyrənmeyə ehtiyacım oldu. Men ilk addim olarag, tədris mərkəzlerin axtarasina basladim.Uzun axtarişdan ve araşdirmalardan sonra Professional IT tədris mərkəzini seçdim.Artig 6 ay sonra kecdiyim kursun neticesi olarag ,IT sahəsinde cox yüksək bilikləri nail oldum,Inaniram ki gelecekde daha da cox ,bu tədris mərkəzinde biliklərimi alacam. Oxumag eyib deyil, nə qocaligda ne de cavanligda! 


Nəcməddin Rəhimov


I.T sahəsi mənim üçün maraqlı olub.İxtisasım fəqli olasa da bu sahə həmişə diqqətimi cəlb edib.Biliklərimi artırmaq və uğur əldə etmək üçün bu kursa gəldim.Ruslan müəllimin peşəkarlığı ilk dərslərdəcə məndə I.T marağı daha da artırdı.Dərs zamanı istər problemli məsələlərin həlli istərsə də yeni dərsin izahı çox yüksək səviyyədə idi.Ciddilik,məsuliyyət bu kursun əsas qaydalarındandır.Burada mən həm bilik həm gözəl dostlar qazandım.Fərhad Kərimova da xüsusi təşəkkür edirəm ki biliklərini bizimlə bölüşdü.Azərbaycanda tam səmimi desəm ən keyfiyyətli kursdur.Bu kursu seçənlərin uğur qazanacağından heç şübhəm yoxdur.

1.70 642 Windows Server 2008 Network Infrastructure, Configuring - 940 bal
2.70 640 Windows Server 2008 Active Directory, Configuring - 700 bal
3.70-643. Windows Server 2008 Applications Infrastructure, Configuring - 700 bal
4.70-680 TS: Windows 7 Configuration - 860 bal 


İsmayıl Məmmədov


IT sahəsinə marağım çoxdan var idi. Amma məni düzgün yönləndirə bilən yox idi. Bir az kursları maraqlandım, amma meni qane etmirdi. Sonra mənə iş yoldaşım PROFESSİONAL İ.T. kursun məsləhət gördü və həmin günü kursa gəlib maraqlandım. Sonra birinci dərsdən gördüm ki , bu kurs sırf İT üzrə yol göstərən insana yaxın bir dost kimidi..

1. 70-680: TS: Windows 7, Configuring - 740 bal


Ramil Veyisov


Baxmayaraq ki, Mən Kimya Fakultəsini bitirmişəm İT sahəsinə marağım cox böyükdür. Həmişə İT biliklərini dərindən öyrənmək həvəsi olub. Bu Kurslar mənim həvəsimi dahada artırıb və məni bu sahədə istiqamətləndirib. Professional İT Mərkəzinə təşəkürlərimi bildirirəm 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 700 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 766 bal
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 700 bal


İsmayil Əliyev


Bu Kurslardan mən çox faydalandım. Ən azından burdan aldığım biliklərdən savayı yaxşı insanlarla dost oldum. Ruslan müəllim çox yaxşı ve rahat dərsləri keçir. İT sahəsində bilik almaq uçun bu kursları məsləhət görərdim. 

1. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator 
2. 70-640 Windows Server 2008 Active Directory, Configuring 
3. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring 
4. 70-642 Windows Server 2008 Network Infrastructure, Configuring 
5. 70-680 TS: Windows 7, Configuring 
6. 70-210 Installing, Configuring, and Administering Microsoft® Windows® 2000


Araz Eyyubov


Bilgisayarlara olan marağım hər zaman digər sahələrə olan marağımdan daha çox olub və nəticədə o həddə çatdı ki, bir müddət öncə Ali təhsil aldığım Bank İşi sahəsini bir kənara qoyub məhz İT sahəsində mütəxəssis olmağa qərar verdim. Amma qərar vermək hələ heç nə ifadə etmirdi, Mütəxəssis kimi yetişmək üçün şərait və yol göstərən lazım idi... Bu şəraiti məhz Ruslan müəllimin köməyi ilə Professional İT kurslarında tapdım. Böyük hədəflərimə doğru ilk pilləyə MCTS sertifikatını Professional İT kursları vasitəsi ilə alaraq qalxdım. Axarıncı olar inşAllah :)

1. 70-620 MCTS: Microsoft Windows Vista: Configuration - 820 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 700 bal 


Ruslan Məstəliyev


Professional İT təlim mərkəzi mənim karyeramda ve haytımda cox onəmi olan tədris mərkəzlərindən biridir. Bu kursa gəlmədən öncə İT sahəsində azda olsa təcrübəm vardı, ama bu tədris mərkəzində təhsil aldiqdan sonra daha dərin biliklərə malik oldum. Buna görədə Ruslan müllimə minnətdaram. Bu təlim mərkəzind təhsil aldıqdan sonra bir çox perspektivli yerlerde işlədim, bununda esas sebebi Professional tədris mərkəzinin tələbələrə qarşı məsuliiyyətli ve tələbkar omağının göstəricisidir. Bu həm karyeramdaki nəaliyytimdir həmdə, təlim mərkəzinin öz nəaliiyətidir. Allah Razi olsun Ruslan müəllimdən Azərbaycanın İT sahəsinə marağı olan gənclərinin həm biliklərində həm karyeralarında uğurlu nəaliyyətlər əldə etməsində kömək olmuşdur. 

1. 70-680: TS: Windows 7, Configuring - 850 bal 

2. 74-409: Windows Server Hyper-V and System Center - 937 bal 
3. 70-410: Installing and Configuring Windows Server 2012 - 850 bal
4. 70-411: Administering Windows Server 2012 - 800 bal
5. 70-412: Configuring Advanced Windows Server 2012 - 766 bal 


Vüsal Qasımov


Həyatda ən böyük arzularımdan biri İT ixtisasına yiyələnmək idi, amma həyat elə gətirdi tam başqa ixtisasa qəbul oldum. Həmin ixtisasda təhsil almağ ürəyimcə olmasa belə bəzi səbəblərə görə təhsilimi davam etdirirdim. Bu il qərara gəldimki İT kursuna gedim, və daha öncə İT kursuna getmiş dostlarımın koməyi ilə “PROFESSİONAL İT” kursunu tapdım. Kursa getdiyim ilk gündən verdiyim qərarın düzgün olduğun bir daha anladım. İT sahəsində təcrübəm olmasa belə, 1 ay ərzində uğurlu nəticə qazandım. Qazandığım bütün nailiyyətlərə və uğurlara görə “İT PROFESSİONAL” kursunun bütün yaradıcılarına, xüsusəndə Ruslam müəllimə təşəkkürümü bildirirəm...

1. 70-680 TS: Windows 7 Configuration - 720 bal 
2. 70 642 Windows Server 2008 Network Infrastructure, Configuring - 820 bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 723 bal 


Şəfi Rəsulov


Məktəb vaxtından IT sahəsinə marağım böyük olub, ona gorə də fakultə olaraq Qafqaz universiteti Komputer Muhəndisliyi fakultəsini seçmişəm. İT sahəsi çox genişdir və gündən günə də genişlənir. Hansısa istiqamət seçmək lazim idi və mən də Database Administration sahəsinə marağımın daha çox olduğunu hiss elədim və Professional kurslarında Oracle dərslərinə gəlməyə başladım. Həqiqətən da Professional kursu mənim gələcək kariyeram üçün çox güclü təməl oldu. Kursun bütün işçilərinə dərin minnətdarlığım bildirirəm.

1. 1Z0-042 Oracle Database 10g: Administration I - 87%
2. 1Z0-007 Introduction to Oracle9i: SQL - 86% 


Qərib Həsənov


Her ugur əldə olunar, davamiyyet varsa. Texnologiya sahəsine her zaman marağim olub.Ali mektebde ve ya Kollecde Tehsil almaq kifayet etmir.Kurslara bas vurmaga ehtiyac olur.Mence heyat karyerasinda inkisafin yolu kurslardan keçir.Mende IT sahəsinde karyera qurmaq isteyenlerden biriyem.Professional kursu secimimde yanilmadigim bir kursdur,burda Microsoftun dərslərini mukemmel sekilde keçirilir ve gelecek üçün inkisaf yolu yaranir.Zaman erzinde boyuk administrator olacagimi hiss edirem.Esas olan bunu ozunde hiss etmək ve gormekdir mende bunu hiss edirem.Ruslan mellim basda olmaqla qrup usaqlarimiza (Sysəjdahalar) ve her kese ugurlar arzu edirem.Zehmet bitendi,iten deyil.Ugurlar!


Orxan Zeynalov


İT təlimləri ilə bağlı kurslarla maraqlanan zaman ən çox eşitiyim Professional  IT kursları olmuşdu. Müvəffəqiyyət qazanmış bütün dostlarımın Professional İT –nin məzunları olduğundan məndə dərslərə qoşuldum və orda olan təhsilin keyfiyyəti ilə tanış oldum. Müəllimləri tərəfindən verilən biliyin hər tələbəyə uğur qazanmaq üçün kifayət edeceyinə inanıram. Hal-hazırda İT sahələrində işləyən əməkdaşlarının çox hissəsi də Professional İT kursunun tələbəsidir. Təşəkkürlər Professional  İT.


Mais Ağayev


Gələcək karyeramı düşündükdə mühüm addım atmalı idim. Bu addım məni peşəkar kimi yetişməyimə təkan verməli idi. Bu təkanı mənə Ruslan müəllim verdi. Hər şey qarşılıqlıdır prinsipinə əsaslanaraq, Ruslan müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirərək, elə birinci ayda 70-620 imtahanını uğurla verdim. Professional İT şirkətinə təşəkkür edirəm. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 700 bal

2. 70-410: Installing and Configuring Windows Server 2012

3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring

4. 70-411: Administering Windows Server 2012


Həsən Əliyev


Professional IT tədris mərkəzinə təşəkkürlərimi bildirirəm. 1 ile yaxındı ki, bu sahə üzrə işləyirmm, amma biliyin yetərsiz olması məni Professional IT tədris mərkəzinə gətirdi, birinci ay uğurlu seçim olduğunu gördüm. Ümid eliyirem gələn hər bir tələbə öz üzərində çalışacaq və uğur qazanacaqlar. Ruslan mellimə və bütün Professional İT kollektivinə minnetdarlığımızı bildiririk. 

1. 70-680: TS: Windows 7, Configuring - 836 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 880 bal
3. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 800 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 890 bal
5. 70-662 TS: Microsoft Exchange Server 2010, Configuring - 780 bal 
6. Cisco Certificate Network Associate 
7. Cisco Certificate Network Associate Security 


Orxan Orucəliyev


Я начал изучение ИТ в достаточно позднем возрасте в этом нелегком деле мне потребовалась профессиональная помощь, которую я нашел в лице инструкторов «Professional IT». Изучение проходили в небольшой группе. По завершению лекционного цикла и практических работ группу тестировали. Подобный подход сильно стимулирует освоение материала. Проходить тестирование по технологиям Майкрософт также стало намного проще, некоторые из нас уже будучи на курсах получили «MCITP Enterprise Administrator». 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 1000 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 1000 bal 


Emil Həsənov


Professional Tədris Mərkəzində təhsil almağım sevindirici haldır. Mən, uzun müddət bir çox İT Tədris Mərkəzlərini araşdırdım bunların içərisində seçimi Professional İT də saxladım. Bu mərkəzi seçməyimin əsas səbəbi buradakı dərslərin peşəkar səviyyədə və vaxtında aparılması, tələbələrə nəzəri biliklərlə yanaşı praktiki dərslərin də tədris olunmasıdır. Kursları bitirdikdən sonra Professional İT tədris mərkəzində aldığım biliklər və təcrübə iş həyatımda mənə çox kömək oldu. Bundan sonra da bu mərkəzdə İT üzrə öz biliklərimi artırmaği planlaşdırıram. 


Məhəmməd Fətəlizadə


2 ilə yaxındır ki, IT üzrə təhsil almağıma baxamayaraq bu illər ərzində IT sahəsində biliklərimi kifayət qədər artıra bilmədim. Bəzi IT üzrə çalışan müəllimlərin yanında təhsil alsamda onların verdiyi bilik məni heç cür qane etmədi. Şükür olsun Allaha ki müəyyən axtarışlardan sonra professional İT tədris mərkəzində IT uzrə təhsil verən Ruslan müəllimlə tanış oldum. Dərslərdə davamlı olaraq istirak edib həm nəzəri həm də praktiki dərslərin keyfiyyətli olduğunu müşhidə etdim. Ruslan müəllimin köməyi ilə qısa müddət ərzində hazırlaşaraq Microsoftun beynəlxalq dereceli sertifikatini əldə etdim. Bir daha Ruslan müəllimə öz dərin minnətdarlığımı bildirərək təşəkkür edirəm.

1. 70-680: TS: Windows 7, Configuring - 850 bal 
2. 74-409: Windows Server Hyper-V and System Center - 937 bal 
3. 70-410: Installing and Configuring Windows Server 2012 - 850 bal
4. 70-411: Administering Windows Server 2012 - 800 bal
5. 70-412: Configuring Advanced Windows Server 2012 - 766 bal 


Şahin Qənbərov


Komputer üzrə ali təhsilim olmasina baxmayaraq özümə güvənəcək qədər bilik toplaya bilməmişdim. Biliklərimin sistemli inkişafının və İT sahəsində qalmağımın səbəbkar Profesional İT kursuna təşəkkur edirəm!


Vusal Salmanlı


İxtisasım Kompüter Mühəndisliyi olduğundan, “Professional IT” kurslarına qatilmamışdan əvvəl kifayət qədər IT biliyim var idi. Lakin universitetdən əldə etdiyim biliklər nə qədər geniş olsa da profesional iş həyatına başlamağım üçün kifayət etmirdi. Mənə daha çox praktiki bilgilər lazım idi... 
Mən Azərbaycanda fəaliyyət göstərən IT tədris mərkəzləri arasında araşdırma apardım və seçimim “Professional IT” tədris mərkəzi oldu. Burada üstünlük verdiyim əsas özəlliklər bunlardir: 
-Dərslərin IT sahəsində 5 ildən çox təcrübəsi olan və beynəlxalq sertifikatlara sahib mütəxəssis tərəfindən keçirilməsi.
-Dərslərin yalnız nəzəri deyil, həm də praktiki şəkildə, laboratoriyada keçirilməsi.
-Yalnız kitablarda rastlanan problemlər deyil, real iş həyatında tez-tez qarşılaşılan problemlərin ortaya qaldırılması və onların qrup şəklində həllinin tapılması. 
-Tələbələrə sərbəst tapşırıqlar və araşdırma aparmaq ücün mövzuların verilməsi və hər ayın müəyyən günlərində tələbələr tərəfindən təqdimatın keçirilməsi. 
Kurs muddətində bizim üçün birneçə dəfə IT sahəsində çalışan mütəxəssislər tərəfindən seminarlar keçirilmişdir.Seminarlardan sonra isə bizim kursu bitirdikdən sonraki iş həyatımız haqqında qarşılıqlı söhbətlərimiz olmuşdur. 
Ümumiyyətlə burada proqram elə qurulmuşdur ki,kursu müvəffəqiyyətlə bitirən hər bir tələbə iş həyatına tam hazır olmuş olur.Bunun nəticəsidir ki,bugun bizim məzunların əksəriyyəti Azərbaycanın ən öndə gedən şirkətlərində çalışmaqdadırlar. 
Əgər məqsədiniz gələcəkdə IT üzrə mütəxəssislərdən biri olmaqdırsa, onda yolunuzu mütləq “Professional IT” tədris mərkəzindən salın.Burada əldə edəcəyiniz bilik və qazanacağınız dostluq əlaqələri sizə daim inkişaf etməyə və öndə olmağa yardımçı olacaq! 
Hərkəsə Uğurlar!

1.Microsoft 70-270 Microsoft Windows XP Prefessional - 968 bal
2.Cisco 640-802 Cisco Certified Network Associate - 953 bal 


Sohrab Osmanov


İnformasiya cəmiyyətinin formalaşdığı, insan resurslarının, elm və texnologiyaların iqtisadi inkişafda həlledici rol oynadığı müasir qloballaşma dövründə, informasiya texnologiyaları sürətlə inkişaf edərək, həyatımızın bütün fəaliyyət sahələrində geniş vüsət almışdır. Təlabat isə savadlı, bacarıqlı və beynəlxalq sertifikatlı mütəxəssislərdir. Son nəticədə yüksək tədris mərkəzləri tələb olunur. Artıq sevinclə demək olar ki, Prosfessional İ.T. tələb olunan bütün tədris resurslarından istifadə edərək və savadlı kadrların hazırlanmasında birincidir. Tədrisin yüksək səviyyə və ən əsası beynəlxalq tədris standartlarına uyğun aparılmasını qeyd etməmək mümkün deyil. Bu kursu müvəffəqiyyətlə bitirən hər bir İT mütəxəssisi beynəlxalq sertifikatlar əldə edərək nəinki Azərbaycanda, hətta dünyanın istənilən ölkəsində informasiya texnologiyaları sahəsində çalışa bilər. İT sahəsində çalışmaq istəyən hər kəsə tövsiyyəm – Professional İ.T. Təşəkkürlər Professional İ.T. !

1.70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 981 bal
2. 70-351 TS: Internet Security and Acceleration Server 2006 Configuring - 953 bal


Fidan Muxtarlı


Ali təhsilim olmadığı üçün özümə münasib iş tapmaqda çətinlik çəkirdim. Uşaqlıqdan isə mexanizmləri söküb-yığmaqdan zövq alırdım. Bir qohumun məsləhəti və israrı ilə bu kurslara gəldim. Burada həyatımı dəyişdim desəm yanılmaram. Yeni sahəyə yiyələnərək işləməyə başladım. Çox xoşbəxtəm düzgün yerdə düzgün zamanda olduğum üçün. Başda Ruslan müəllim olmaqla bütün Professional İT yə təşəkkürümü bildirirəm.


Orxan Axundov


Kiçik yaşlarımdan bu sahə məni çox maraqlandırırdı və heç vaxt bu sahəyə ciddi yanaşmamışam. Başqaları kimi məndə Ali Məktəb oxumaq arzusu ilə Azərbaycan Dövlət Neft Akademiyasina daxil olmuşam, lakin məni bu sahə heç cürə cəlb etmədi və mən hiss edirdim ki, IT sahəsi məni daha çox maraqlandırır. Mən “Professional IT” kurslarina gələnə qədər bir neçə yerlərdə işlədim və gördüm ki, nəzəri və praktik təhsil almamiş mütəxəssis olmaq mümkün deyil. Ona görə də qərara gəldim ki, “Professional IT” tədris mərkəzində təhsil alım. Mən burada həm kitablardan, həmdə video dərsliklərdən geniş informasiya aldım. Müəllimlərimiz Ruslan və Kamil öz biliklərini yetərincə bizə çatdirdilar. Onlardan aldığım biliklər sayəsində “Microsoft Certification Program” da iştirak edib imtahanlardan yüksək nəticə əldə etdim. Buna görə də mən “Professional IT” – Ruslan və Kamil müəllimə dərin təşəkkürümü bildirirəm. Onların Azərbaycanda IT sahəsinin inkişafında, mütəxəssislərin yetişməsində böyük xidmətləri var. Mən inanıram ki “Professionl IT” də təhsil alan tələbələrdən Azərbaycanın IT strukturunda böyük rol oynaya biləcək sayılıb seçilən mütəxəssilər yetişəcək. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 914 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 981 bal
3. 70-642 Windows Server 2008 Network Infrastructure, Configuring - 983 bal 
4. 70-643 Windows Server 2008 Application Infrastructure ,Configuring - 988 bal
5. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 1000 bal 
6. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 929 bal 


Teymur Abdullayev


Bu kurslarda oxumaq kifayət qədər maraqlıdır. Tələbələr bütün lazım olan tədris materiallar ilə təmin olurlar. Bu kurslar çox adamlara is tapmaqda kömək edibler. Sizə bu gözəl işləri gördüyünüz üçün təşəkkür edirəm.

1.70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 844 bal
2.70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 866 bal 
3.70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 775 bal
4.70-620 TS: Configuring Microsoft Windows Vista Client - 850 bal
5.70-646 Pro: Windows Server 2008, Server Administrator bal
6.70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 1000 bal score 


Ziya İslamov


IT sahəsi ilə çox uzun muddətdir ki maraqlaniram, Bu sahəyə qarşı həmişə çox böyük marağım olmuşdur. Əsas məsələ düzgün istiqamətdə təhsil almaqdir. Sonunda yaxın birdostumun məsləhıti ilə Professional IT kursuna qatıldım.  Bu kursda mən qısa müddətdə çoxşeylər öyrəndim. Bu barədə mənə Ruslan müəllim çox böyük köməklik göstərmişdir. Bunun üçündə başda Ruslan müəllim olmaqla bütün Professonal IT komandasına öz təşəkkürümü bldirirəm. Uğurlarınız davamlı olsun inşAllah. 


Murad Əsgərov


İnformasiya Texnologiyalrı ixtisasını bitirməyimə baxmayaraq IT biliklərim çox zəif idi.İnternetdə kurslar haqqında axtarış etdikdən sonra qarşıma "Professional IT" saytı çıxdı.Bu kursda getdikdən sonra IT biliklərimin nə qədər zəif olduğunu bir daha anladım.Biliklərimin artmasında Ruslan müəllimin rolu olduğu üçün təşəkkür edirəm.Sözün əsl mənasında həqiqi IT biliklərə yiyələnmək istəyənlərə bu kursu tövsiyə edərdim.Əsla səhv etməzsiz!



1. 70-410: Installing and Configuring Windows Server 2012 - 765 bal


Orxan Həsənov


Mən Informasiya Texnologiyaları sahəsinə bu kursla birliktə atılmışam, demək olar ki, əvvəldən bu sahə üzrə çoxda təcrübəm vəya bilgim olmayıb. Lakin bu kursda keçdiklərim və öyrəndiklərim mənə çox kömək etdi və mən bu sahədə özümü çok inkisaf eləttirdim. Ruslan müəllimle əvvəlceden gorusub bu kursa başladım. Bu kursda demək olarki universitet dərəcəsində dərslər keçirilir və bura gələn insanlar doğru istiqamətə yönləndirirlər. Bu kursla birlikdə mən System Administrator olaraq ilk işimə başladım. Mən bu kursa başlamaq istəyənlər üçün buranın çox ciddi ve keyfiyyətli bir tədris mərkəzi olduğunun şahidi oldum. 


İmran Quliyev


Milli aviasiya akademiyasını bitirmişəm. İxtisasım İT sahəsi olmadığı üçün kurslar axtarmağa başladım. Professional İT nin reklamını internetdə gördüm və kursa yazıldım. İlk ay çətin olsada daxili imtahanı verərək növbəti aylarıda uğurla keçdim və müvəfəqiyyət qazandım. Hal-hazırda Azərbaycan Hava yollarında İT üzrə işləyirəm. Bu sahədə yeni başlayanlara bu kursu tövsiyyə edirəm və uğurlar arzulayıram.


Orxan Allahverdiyev


Bakı Dövlət Universitetində təhsil alıram. İxtisasimi dəyişib İT sahəsində işləmək qərarina gəldim. Bakıda çox İT kursu ilə maraqlandim, sonda axtardığımın Professional İT kursunda tapdım. Bu kursun ən üstün cəhəti ən qısa zamanda maksimum nəticədir. Hələ 1 aydir ki, kursda iştirak edirəm artıq ilk muvəffətiyyətimi qazandim. Aylarla, illərlə oxumağa vaxt itirmək istəməyənlər üçün ideal kursdu. 

1. 70-680: TS: Windows 7, Configuring - 781 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 820 bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 900 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 900 bal 
6. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 1000 bal 


Elchin Mahmudov


IT sahəsinə olan maraq məndə hələ universitetda təhsil alandan özünü bürüzə verməyə başlamışdı getdikcə informasiya texnologiyalarının və kompüterlərin inkişafı məndə bu sahəyə və bu sahənin perspektivinə olan inamı daha da artirdi, amma humanitar sahədə təhsil almağım mənə İT sahəsində müvəffəq olmağa tezliklə imkan vermədi bir sıra kurslarda təhsil aldıqdan və praktiki fəaliyyətdən sonra müəyyən biliklərə yiyələnsəm də bu həm dövrün həm də mənim öz tələblərimə cavab vermirdi buna görə passiv də olsa axtarışlarımı davam etdirirdim, sonda Ruslan müəllimin simasında professional kurslarına baş vurdum, burada keçirilən dərslərin birində müşahidəçi kimi iştirak etdikdən sonra əmin oldum ki, bu kurs məhz İT sahəsini özünə həyat tərzi və perspektiv İT mütəxəssisi kimi yetişmək istəyən insanlar üçündür. Burada digər kurslarla müqayisədə qiymətlərin münasibliyi, yüksək professioanalizm və tələbkarlığı qeyd etməmək sadece olaraq qeyri mümkündür. Bu xüsusiyyətlər də bu kursu öz adı kimi professionalları yetişdirən kurs edir.

1.70-620 TS: Configuring Microsoft Windows Vista Client - 804 bal


Camal Həsənov


İnformasiya Texnologiyaları sahəsi ixtisasım olmasada əvvəldən bu sahəyə böyük marağım olub. Həmişə bu sahədə işləmişəm və demək olar ki biliklərimi kortəbii şəkildə artırmağa çalışmışam. Ruslan müəllimi, Professional IT kurslarını tanıdıqdan sonra, bilikləri daha da çox artırmaq və sertifikatlar almaq qərarına gəldim. Ruslan müəllimin böyük təcrübəsi, biliklərinin bizə ötürülməsi sayəsində buna nail oldum. Bütün kurs yoldaşlarıma və müəllimimə təşəkkürümü bildirirəm. İnanıramki hamımızın uğurlarımız axarınca olacaq İnşallah.


1. 70-680: TS: Windows 7, Configuring - 785 bal 
2. 70-410: Installing and Configuring Windows Server 2012 - 745 bal


Araz Vəlizadə


İnformasiya Texnologiyaları üzrə Universitetə daxil olduqdan sonra ilk öncə çətin məqamlardan biri də təbii ki bu sahə üzrə düzgün istiqamət seçmək idi. Bu ixtisasın ən prespektivli istiqamətlərindən biri də sistem inzibatçılığı idi və bu sahə mənim üçün ən uyğun seçim idi. Və təbii ki bu qədər dərin bir sahəni öyrənmək üçün mütləq professional yardıma ehtiyac var idi. Müəyyən araşdırmalardan sonra bu professional köməyi dostlarımın mənə verdiyi məsləhətlər sayəsində tapdım. Bəli, mən Professional İ.T tədris mərkəzinə yazıldım və həqiqətən də artıq ilk dərslərdən düzgün seçimimi etdiyimi anlamışdım. Burada dərslər həm çox maraqlı idi həm də Ruslan müəllimin göstərişləri sayəsində artıq Sistem inzibatçılığı biliklərinə yiyələnmək daha asan olmuşdu. Kursu bitirdikdən sonra həqiqətən bu biliklər Sistem inzibatcısı karyerası üzrə irəliləmək istəyənlərə çox kömək edir. Mən İ.T sahəsində karyera qurmaq istəyən hər kəsə bu kursu məsləhət görürəm və əminəm ki heç kim Ruslan müəllimin dərslərindən narazı qalmayacaq.


Azər Çələbiyev


Bu ixtisas məni balaca yaşlarimdan celb edib. Bu istek universitetdə öz bəhrəsini Verdi. Beləki AzMİ Universitetinin İnformasiya Texnalogiyaları və Sistemləri fakultəsinə daxil oldum. Ele telebelik illərindən PROFESSİONAL-İT kurslari haqda çox eşidmisdim. Universiteti bitirdikdən sonra daha dərin biliye yiyələnmək lazim idi. Ruslan müellim haqda ise bir konfranda esitdim ve rəhberi oldugu Professional-İT kurslarina qatilmağa ve ixtisasım üzrə daha professional tehsil almaq qərarina gəldim Kurs müddeti ərzində həqiqətən İT-yə baxiş tərzim dəyişdi. Hər ay daha dərin biliklər daha yeni praktikalar qazandim. Bu irəliləyis mənə hələki 3 sertifikat (MCTS, MS, MCP) qazandırıb və davamida gəlir. Kurs bitməmiş artiq bir işim vardi. Hal hazirda da MONtech MMC ugurla işləyirəm. Kursda qazandiglarimla uğur əldə etmək çətin deyil. İnaniramki buna bu kursun səmimiyyəti dahada əlave güc verir. Belə ki, səmimi münasibətimiz indiyədək davam edir. Təşəkkürlər Ruslan müəllim. Ən yüksək zirvələrdə izniz olacaq... 


1. 70-680: TS: Windows 7, Configuring - 735 bal 
2. 074-409 Windows Server Hyper-V and System Center - 975 bal 


Şəhriyar Şərbətov


Qafqaz universitetini bitirdikdən sonra daha dar ixtisas üzrə istiqamətlənməyə qərar verdim. Dostların tövsiyyəsi ilə bu kursu seçdim və uğur qazandım. Marağında olan hər kəsə tövsiyyə edirəm.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 700 bal 


Sevda Ağayeva


Bakı Dövlət Universitenin tətbiqi riyaziyyat fakultəsini bitirdikdən sonra komputer mühəndisi kimi çalışacağıma qərar verdim. Sadəcə biliklərim müasir dövrün tələblərinə ümumiyyətlə uyğun gəlmədiyi üçün kurs axtarışına qərar verdim və nə yaxşıki bu kursları tapdim. Bu kurslar və bilavasitə Ruslan müəllim bizimlə bu sahənin nəzəriyyəsi ilə yanaşı öz zəngin təcrübəsini bölüşdü. Sonradan istədiyim sahə uzrə işləməyə və paralel olaraq digər kursa gəlməyə başladım və uğur qazandim. Sizə dərin təşəkkür edirəm ! 

1. 70-680: TS: Windows 7, Configuring - 821 bal
2. 70-410: Installing and Configuring Windows Server 2012 - 740 bal


Vasif Hüseynov


Çox tərifləmək istəmirəm çünki hal hazırda bir çox təlim mərkəzlərini tərifliyirlər. Sadəcə mən onu deyim ki, altı ay System Administration kursunu keçdim və İT sahəsində özümü inkişaf etdirməyə çox köməy oldu. Microsoft Certified Professional sertifikatını qazanmağımda da Professional kursunun çox böyük rolu oldu. Tələbələrə təcrübəli müəllimlərin dərs deməsi çox böyük şansdır. İT sahəsi isə təcrübə daha böyük rol oynayır. Əgər İT sahəsinə yenidən başlasaydım yenə ilk gedəcəyim yer Professional kursu olardı... : ) Hər kəsə ugurlar... 

1. Cisco 640-802 Cisco Certified Network Associate - 946 
2. 642-901 BSCI Building Scalable Cisco Internetworks (BSCI) - 936 bal
3. 642-812 BCMSN Building Cisco Multilayer Switched Networks (BCMSN) - 1000 bal
4. 642-832 TSHOOT, Troubleshooting and Maintaining Cisco IP Networks - 931 bal 
5. 70-270 Microsoft Windows XP Prefessional - 911 bal
6. Juniper Network Certified Internet Associate -100% 


Tural Quliyev


İT sahəsinə universitet illərindən marağım oldu.Öz üzərimdə işləyib bir balaca təkmilləşdikdən sonra Bestcomp şirkətində Help Desk vəzifəsində işə başladım.4  il işlədikdən sonra başqa bir şirkətdə İT mütəxəssis vəzifəsində işimi davam etdirdim.Daha sonra Sağlam Ailə klinikasında İT mütəxəssis kimi işə başladım.Artıq biliklərimi dahada genişləndirməyə və dahada dərin öyrənməyə ehtiyac duydum.Dostlarımın istiqamətləndirilməsi ilə və özümün ümumi  araşdırmalarına görə qərara aldım ki,Professional İT kursları həm maddi həmdə biliyimi yüksək səviyyədə öyrənməyimə tam düzgün yerdir.Hal-hazırda bu kursda həm yeni dostlar qazandım,həm dərslərin praktiki və daha başadüşülən şəkildə deyilməsi və dərslərin kurs saatları ilə sərhətlənmədiyini isdənilən zaman yaranmış suallarla bağlı Ruslan müəllimə rahat şəkildə müraciət etməyimiz yanılmadığımı göstərir.Bunun üçün Ruslan Şərifova hər dərs sonunda çox sağ ol deyirəm.


Fərid Mirzəyev


Mən Professional I.T. training kursuna gələndə kompüter sahəsində müəyyən biliklərə malik idim, lakin kompüter şəbəkəsi və mərkəzləşdirilmiş serverlərdən kompüterlərin idarə olunması sahəsində demək olar məlumatım çox az idi. 6 aylıq kurs müddətində biliylərimi daha da artırdım və özümə inamım daha da artdı. Buna görə I.T. training kursuna və Ruslan müəllimə minnətdarlığımı bildirirəm. Professional I.T kursuna bundan sonraki fəaliyyətlərində də ugurlar arzu edirəm. 


Rəşadət Seyidzadə


Professional İT kursundaki ilk dərsimə qədər sıradan istifadəçilərin bildiyi ümumi məlumatlara sahib idim. Artıq 5-ci dərsə qatılmışam və bu müddətdə başlanğıc üçün mühim olan kifayət qədər bilgilər əldə etmişəm. Ruslan müəllimi və Professional İT şirkətini tanımasaydım, bu sahənin bu qədır maraqlı və öyrənilməsi mümkün olduğunu zənn etməzdim. 

Hədəfimə çatmaq üçün istiqamət aldığım ünvan doğru olduğu üçün uzaq yollardan gəlməyim bu işi daha da maraqlı və bərəkətli edir.


Aida Teymurova


Texnikoma qəbul olunmazdan əvvəl böyük planlarım var idi, sadəcə orda verilən biliklər bu istəklərimin üstündən xətt çəkdi. Sonra universitetə qəbul olundum və düşündüm ki, bu dəfə hər şey tam əksinə olacaq, amma yenədə yanılmış oldum. Çarəsiz qalıb bir-bir kursları sınamağa başladım və nəticə olmadığını gördüm. Tam hər şeydən əlimi üzdüyüm vaxtda məni bir facebbok səhifəsinə dəvət etdilər və ordakı nömrəyə zəng vurdum, aysonu olan imtahanlar, kəsilən tələbənin xaric olması, öncədən digər kurslar kimi 100% təminat verməməsi məni cəlb etdi. Başladıq və ilk dərsdən keyfiyyət fərqi gördüm. Çox sevərək sona qədər gəldik. Təşəkkürlər Ruslan müəllim.


Şaiq Məmmədov


Abituriyent vaxtlarımdan bu sahəyə maraqım oyanmışdı. Bu sahəyə olan maraqıma dayanaraq Azərbaycan Dövlət Neft Akademiyasının İT mühəndisliyi ixtisasına daxil oldum.İxtisasım İT mühəndisliyi olmağına baxmayaraq biliyimi daha da mükəmməlləşdirmək üçün əlavə genişlənmiş təhsil almağıma ehtiyac duydum. İT sahəsinə ilk adımımı deyərdimki Professional İT kursu ilə başladım.Professional İT təlim mərkəzində Ruslan və Fərhad müəllimlərin verdiyi təhsil nəticəsində biliklərimi daha da mükəmməlləşdirib beynəlxalq səviyyəli Microsoft sertifikatlarına nail oldum.Bu sahəni öyrənməyimdə rolu olan Müəllim və kurs yoldawlarima. Təşəkkür edirəm! 

1. 70-642: TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 850 bal 


Vüsal Dadaşev


IT sənətini öyrədən çoxlu kurslar mövcudur, və onların çoxusu sadəcə kursa gəlib-getməyi tələb edirlər. Kursu bitirəndən sonra özləri hazırladığı sertifikat təqdim edib dinləyicini yola salırlar. Bu kursda isə hər şey əksinədir. Çiddi tələbləri ilə seçilən müəllim, hər ayın sonunda Microsoft-dan müvafiq sertifikat tələb etməklə yanaşı müfaviq video dərsliklərlə və kitablarla təchiz edir. Və məhz bunun sayəsində bu kursu bitirmiş dinləyicilər gələcəkdə öz sənətində seçilənlərdən olurlar.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 820 bal 


Eldar Muradlı


Professional İT kursuna və Ruslan müəllimə təşəkkür edirəm yaratdiqları şəraitə görə. Bakıda bir çox kurslarla maraqlanmışdım əksər kursun ingiliscə kitablardan istifade etməsinə baxmayaraq ingiliscəm zəif olduğu halda təkidlə gəlməmi istədiler. Amma Professional İT-də Ruslan müəllim birinci ingilisce müeyyen səviyyə artırdıqdan sonra kurslara qatılmağımı söylədi, mehz buna görə bu kursda ilk olaraq tələbələrin öyrədilmesi əsas olduğu üçün bu kursa qatıldım.
Dərs proqramlarını tələbələrin başa düşeceyi formada anlatıldığı ve praktikayada üstünlük verildiyindən inanıramkı buranı bitirən tələbələrin uğurları cox olacaq.


Kamran Əsgərov


İT manager kursunu barədə öz müsbət təcrübəmi paylaşmaq istəyirəm. Professional İT təlim mərkəzi ilə olan təcrübəm böyük bir memnuniyyətlə keçdi. İT manager kursunun keyfiyyəti və tədris metodu mənə çox təsir edən faktorlardan oldu.  Ruslan müəllimin real business case –lərə əsaslanan və praktikada istifadə etdiyi İT managment prinsipləri və texnikaları barədə daha da vacib biliklər qazandım. Ümumilikdə bu təlim çox marağlı keçdi və İT managment proseslərini praktikada necə tətbiq edəcəyimizi aşılamış oldu. Təlimə görə Ruslan müəllimə və Professional İT təlim mərkəzinə təşəkkür edirəm ! Eyni zamanda bu kursu İT management öyrənmək istəyən hər kəsə tövsiyə edirəm .


Zaur Əsgərov


Bu sahəyə mənim uşaqlıqdan maraqım olub. Arzum olub ki Bu Sahəyə yiyələnim. Təəssuf ki, Ali təhsilimi başqa sahə üzrə aldığımdan İT sahəsində təhsilim olmayıb. Qərara gəldim ki Bu sahə üzrə Təhsil alım və Dostlarimin sayəsində "Professional İT" kursunu tapdım. Bu sahədə Qazandığım bütün nailiyyətlərə və uğurlara görə “İT PROFESSİONAL” kursunun bütün yaradıcılarına, xüsusəndə Ruslan müəllimə təşəkkürümü bildirirəm...

1. 70-680: TS: Windows 7, Configuring - 721 bal 
2. 70-410: Installing and Configuring Windows Server 2012 - 805 bal 


Cəlal Hacıyev


Neçə ildir ki İnformasiya Texnologiyaları sahəsinə marağım var. Lakin bu sahədə mənim üçün yarana biləcək bütün problemlərin həllini özündə birləşdirən bir tədris ocağına ehtiyacım var idi.Nəhayət o xoşbəxt gün gəlib çatdı: men Professional təlim mərkəzi ilə tanış oldum.Hal-hazırda özümdə bu sahədə çox ciddi müsbət dəyişikliklər hiss edirəm.Artıq bu sahədə ilk uğurlu addımımı atdım. Bu uğurda zəhməti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. 

1. 70-680: TS: Windows 7, Configuring - 850 bal 


Emil Kamilov


İT texnologiya məni hələ erkən yaşlarımdan maraqlandırırdı. O, vaxtlar radiotexnika ilə maraqlanır və məktəb dərnəklərinə üzv olmuşdum.Burada cürbəcür radio və televiziya ana platalarla taniş olurdum,bəzi vaxtlar dərnək yoldaşlarımla təmir işləridə birlikdə görürdük.İllər ötdü,məktəb və universitet illəri geridə qaldı.Lakin texnologiyaya olan maraq və həvəs ölmədi,əksinə dahada yüksəldi. Beləliklədə bir gün qərara aldım ki,İT texnologiya elmini dərin öyrənəm.Bir çox kiçik kurslara yazıldım..Dogrusu bu kurslarda dərs ləvazimatının və eləcədə praktiki məşgələlərin olmaması məni məyus edirdi. İT Professional kurslarını mənə Elnur bəy tövsiyə etdi. İT Professional kurslarında digər kurslardan fərqli olaraq,burada dərs ləvazimatları,video treninqlər və savadlı müəllimlərimiz var idi.Burada bizə müəllimlərimiz İT texnologiya elmini dərindən başa salır və praktiki məşgələlər keçirdilər.Və ən öncəsi hər ayın axırında Ruslan müəllim bizi test-imtahan sınagına çəkirdi.Ədalət naminə deməliyəm ki,Ruslan müəllimin və İlham müəllimin zəhməti üzərimizdə çox olub! Buna ramən Ruslan müəllimə və İlham müəllimə dərin təşəkkürümü bildirirəm! 

1. 70-680: TS:Windows 7,Configuring - 962 bal
2. 70-640: TS:Windows Server 2008 Active Directory, Configuring - 812 bal
3. 70-642 :TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 883 bal
4. 70-646 :PRO: Windows Server 2008, Server Administrator - 911 bal 


Orxan Dünyamalıyev


Biliyimi artırmaq üçün etdiyim axtarışlar məni Professional İT tədris mərkəzinə gətirdi. Uğur qazanmaq üçün ən doğru yol məhz Professional İT tədris mərkəzidir. Təşəkkürlər Ruslan müəllim


Əjdər Hüseynov


İnsan həyatiındakı bəzi seçimləri bir marağa görə edir. Kompyuter sahəsinə marağım bəlkəmdə uzun illər əvvəl onun istifadəsindən başladı. Hələ bu sahəyə o qədərdə diqqət yetirilmirdi. Kompyuterin geniş imkanları olduğunu eşitdikcə ona marağım daha da artırdı. Mən kompyuterdən fərdi və workgorup istifadəçi kimi çox irəli getmişdim. Sadəcə sonralar mənim öyrəndiklərim bunun çox az bir hissəsi olduğunu biləndə nə cür seçim etməyimi bilmirdim. Və sonralar IT sahəsinin imkanları haqqında məlumat topladıqdan sonra bu biliyimi necə artırmağım üçün “Professional IT” təlim mərkəzinə müraciət etdim. Bildiklərimin çoxunu təcrübədən əldə etdiyim üçün bir çox şeylərin mahiyyətini başa düşmürdüm. Bu mərkəzdə əldə etdiyim bilik məni bu sahədə irəli getməyimə daha da təkan oldu və mən Microsoft-un bir imtahanından keçə bildim. Hal-hazırdakı işimdə bu sahəyə aiddir. Ruslan müəllimə öz təşəkkürümü bildirirəm. Çünki o bizə bu sahəyə baxış tərzimizi dəyişdirməyə, qarşımıza qoyulan ali məqsədə çatmaq və bu sahənin inkişafı kimi yönləndirdi. Bu sahənin inkişafına və qarşıya ali məqsəd qoyulduğu üçün “Professional İT” və onun kollektivinə təşəkkürlər!

1. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 975 bal 
2. 70-350 Implementing Microsoft Internet Security and Acceleration Server 2004 - 980 


Fərid Zeynallı


İxtisasım fərqli bir sahe olsa da, İT sahəsi həmişə mənim üçün daha maraqlı olmuşdur. Bu səbəbdən, arada imkan olduqca, İT üzrə kitablar oxuyur ve ya videoalara baxırdım. Müəyyən zaman keçdikdən sonra biliklərimi da daha da genişləndirmək və eyni zamanda professional bir müstəviyə keçirtmək qərarına gəldim. Ancaq bu sahədə elementar biliklərimin olmaması səbəbindən cox şey mene qəliz gəlirdi. Ona görə də şəhərdəki bir sıra İT kursları ilə maraqlandıqdan sonra məhz Professional İT tədris mərkəzin seçdim. Müəyyən vaxtdan sonra qərarımda yanılmadıgımı və Professional İT kurslarının məhz mənə lazım olan təlim tədris mərkəzi olduğunun şahidi oldum. Kursun bir üstün cəhəti də odur ki, vəsaitər ingilis dilində oldugundan, bir növ, İT biliklərinə yiyələnməklə, həm də ingilis dili səviyyəmi artırmış oluram. Odur ki, İT sahəsində böyük nailiyyətlər əldə etmək istəyirsinizsə, mən, öz adımdan, bu training centerə müraciət etməyinizi məsləhət görərdim. 

1. 70-680 TS: Windows 7 Configuration - 825 bal 
2. 70-642: TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 700 bal 


Məzahir Dadaşzadə


Mən IT  üzrə yönlənmək qərarına gələndə məni inkişaf etdirən bir kurs axtarırdım.Bir çox insanlardan soruşdum,saytlardan maraqlandım və nəticədə hamı mənə İT professional kursun məsləhət bildi.Ruslan müəllimin sayəsində mən ilk olaraq İT üzrə ilkin biliklərə yiyələndim.İT-ə böyük həvəsim yarandı.Daha da irəli getməyə çalışdım.Halhazırda İT-də qazandığım nailliyətlərdə  İT professional kursunun əməyin qeyd etməliyəm.Buna görə mən Ruslan müəllimə öz minnətdarlığımı bildirirəm.


Dilqəm Şərifov


IT sahəsinə marağı məndə Ruslan müəllim yaratdı. Hələ Universitetə hazırlaşan vaxtlarımdan İT haqqında məlumat verərək bu sahəni sevdirdi mənə. Nəticədə Ali təhsilimi İnformasiya Texnolgiyaları ixtisasını seçdim. Bu sahəni hər gün daha çox sevməyə başladım. Sonra Ruslan müəllim məni Profesional İ.T təlim mərkəzinə dərslərə dəvət etdi. 6 aylıq Sistem Administrator kursuna başladım. Bu kursun əsas üstünlüklərindən biri müəllimin çox təcrübəli (onun təcrübəsi təxminən Azərbaycanda İT-nin yaşı ilə eynidir) və səmimi biri olmasıdır. Kursa gələn tələbə həm İT-yə aid biliklərə yiyələnir, həm də özünə təcrübəli bir mütəxəssis dostu qazanır. Hər dəfə dərsdən sonra müəllim tələbələrinin ümumi bu iş barəsindəki sualarını da cavablandırımaqla öz real təcrübəsindən də bölüşməklə onları hərtərəfli bir İT mütəxəssisi kimi yetişdirir. Sevindirici faktdır ki, ölkədə əsas dövlət və özəl iş yerlərinin əksəriyyətinin İT sektorunda Professional İ.T Təlim mərkəzinin yetirmələri var. 



1. 70-680: TS: Windows 7, Configuring - 721 bal 
2. 074-409: Windows Server Hyper-V and System Center - 937 bal
3. 70-410 Installing and Configuring Windows Server 2012 - 733 bal
4. 70-411: Administering Windows Server 2012 - 700 bal
5. 70-341 Core Solutions of Microsoft Exchange Server 2013 - 780 bal
6. 70-342: Advanced Solutions of Microsoft Exchange Server 2013 - 832 bal 


İlkin İsmayılov


İT sahəsinə marağım uşaqlıqdandır. Aparıcı texnologiyaların sürətli inkişafı, qlobal kompüterləşmə və avtomatlaşdırma dövrü hal-hazırda bu sahənin daha da intensiv şəkildə tərəqqi etməsinə zəmin yaratmışdır. Mən də maraqlandığım SYSTEM ADMİNİSTRATİON istiqaməti üzrə real biliyə yiyələnmək üçün bu işdə peşəkar olan İT Professional kurslarına müraciət etdim. Bu kurs bütün ümidlərimi doğrultdu. Nəticədə mən müasir standartlara cavab verən və ən son yenilikləri özündə cəmləşdirən biliklərə yiyələndim. Hal-hazırda da çalışdığım yerdə əldə etdiyim nəzəri və praktiki biliklərimi uğurla tətbiq edirəm. 


Ceyhun Musayev


İxtisasım fərqli bir sahe olsada İT sahəsi həmişə mənim üçün daha maraqlı olmuşdur.Bu səbəbdən Azərbaycanda bu sahə daha yenicə inkişaf etməyə başladığı vaxtdan oz üzərimdə çalışmışam.Müəyyən zaman keçdikdən sonra biliklərimi da daha da genişləndirmək və eyni zamanda professional bir müstəviyə keçirtmək qərarına gəldim.Şəhərdəki İT kursları təklif edən bütün kurslarla maraqlandım.Uzun araşdırmalardan və ciddi analizdın sonra məhz Professional İT tədris mərkəzin seçdim.Müəyyən vaxtdan sonra qərarımda yanılmadıgımı və Professional İT kurslarının məhz mənə lazım olan təlim tədris mərkəzi olduğunun şahidi oldum.İT sahəsində böyük nailiyyətlər əldə etmək istəyirsinizsə,mən öz adımdan, bu training center ə müraciət etməyinizi məsləhət görərdim. Təşəkkürlər Professional İT. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 875 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 875 bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 800 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 838 bal
5. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 910 bal
6. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 800 bal 
7. 70-351 TS: Microsoft Internet Security and Acceleration Server, Configuring -930 
8. 70-284 TS: Implementing and Managing Microsoft Exchange Server 2003 - 856 bal
9. 1Z0-007 Introduction to Oracle9i: SQL - 80%
10. 1Z0-042 Oracle Database 10g: Administration I - 82%
11. 1Z0-043 Oracle Database 10g: Administration II - 90% 


Vahid Qocayev


Uşaq vaxtlarından İ.T sahəsine böyük hevesim olub. Halbuki bu sahəyə həvəslə yanası tehsil vacib amillərdən biridir!!! Bunu düşünərək Bakida yerləsən İ.T kurslarının axtarısına basladim ve cox Tədris mərkəzi araşdırdıqdan sonra Professionall İ.T web səyfəsi ile tanis oldum ordakı gənclərin yüksək səviyyədə pesə sahibi olduqlarını gördüm və İ.T Proffesional tədris mərkəzinə uz tutdum burda dərslərin pesəkar səviyyədə keçirilməsinin və tələbələrə düzgün yol göstərilməsinin şahidi oldum Məhs Professional İ.T sayəsində bu gun məndə bu pesənin sahibiyəm . Təşəkkürlərk Professional I.T


Veysəl Veysəlov


İlk dəfə IT üzrə Microsoft Certifikatını eşidəndə mənə çox çətin gəlmişdi. Amma deməkki qarşına böyük məqsəd və əzm qoyanda öhdəsindən gəlmək olur. Yaradılan şərait, video və kitablar, İQ -səviyyəsi yüksək müəllim və tələbələrlə yalnız bu cür xoş uğurlar əldə etmək olar. Çiçəklənib -gülşənə dönən =) Azərbaycanımızda zaman keçdikcə "İT" sahəsinə tələb əhəmiyyətli dərəcədə artır. Çox sevinirikki bizim kimi cavan telebeler Professional IT-də inkişaf edib istənilən neticələri əldə edəcək. Dayanmayaq --- must go on. 

1. 70-680: TS: Windows 7, Configuring - 832 bal
70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 850 bal


Elvin Hacıyev


İxtisasım və işlədiyim vəzifənin başqa sahə olmasına baxmayaraq daima İT sahəsinə boyük maraq göstərmişəm.və nəhayət ki, bu sahəni öyrənmək qərarına gəldim.Google şirkətinə müraciət edərkən mənə məs İT Professional kurslarını məsləhət gördü və mən Professional İT kursu barədə öz seçimimdə yanılmadığıma əmin oldum.İlk vaxtlardan çətinliklərlə üzləşirsən, ancaq sonda çəkdiyin əziyyət öz nəticəsini göstərir. İT sahəsində əldə etdiklərim biliyə görə əvvəlcə Ruslan müəllimə öz minnətdarlıqımı bildirirəm.Bu kursları İT sahəsinə maraqı olan hər bir şəxsə məsləhət görürəm 


1. 70-680: TS: Windows 7, Configuring - 764 bal 
2. 70-410: Installing and Configuring Windows Server 2012 - 805 bal 


Orxan Səmədov


Hal-hazırda Azərbaycan Memarlıq və İnsaat Universitetində 4-cü kurs tələbəsiyəm. İxtisasım Maliyyə olmasına baxmayaraq İT sahəsinə marağım çox yüksək ve orta məktəb vaxtlarından olub. Marağımın yüksək olması məni İT sahəsində bir cox kurslar axtarısına gətirib çıxartdı. Dostlarımın tövsiyyələri ilə Professional İ.T kursuna başlamağa qərar verdim. Kursda keçirilən dərslərdə, öyrədilən biliklərdə bu verdiyim qərarda yanıltmadığımı göstərdi. İT sahəsində uğur əldə etmək isdəyənlər üçün digər kurs axtarışı etmədən Professional İ.T kursuna yazılmaqlarını tövsiyyə edirem. Professional İ.T Tədris Mərkəzinə öz Təşəkkürümü bildirirəm 

1. 70-642 : TS :Windows Server 2008 Network Infrastructure , Configuring 820 bal 
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 850 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 866 bal 
5. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 752 bal 


Elşən İbişov


İnformasiya Texnologiyasi....artiq bu kəlmə demək olar ki, bütün sahələrdə tələb olunan bir peşə və karyera qurmaq üçün geniş imkanlara malik olan bir sfera, bir dunyadir. IT sahəsinə marağı olan hər bir gənc kimi mənimde axtarışlarım məni Professional I.T təlim və tədris mərkəzinə gətirdi. Bu tədris ocağında yiyələndiyim biliklər sayəsində şəbəkə haqqında bütün məlumatlara yiyələndim. Bunun üçün üstümüzdə əməyi olan Ruslan müəllimə minnətdarlığımı bildirir və bu sahəyə marağı olan hər bir gəncə Professional I.T tədris mərkəzini tövsiyyə edirəm.


Anar Axundov


Professional İT kursları barəde melumati dostumdan alıb bu kurslara getmək barəde qərar verdim. İnternet texnologiyasi ve Cisconun bu sahədə təklif etdiyi həllər barədə xeyli məlumat əldə edib CCNA sertifikatını əldə edə bildim. Ruslan muəllimin muəllimlik bacarıqlarını çox yüksək qiymətləndirirəm, çünki istənilən səviyyədə olan tələbə ilə dil tapıb ona öz dili ilə hər şeyi başa sala bilir.


Rəşad Bəkirov


Dövlət İdarəçilik Akademiyasını Menecment ixtisası üzrə bitirmişəm. İxtisasımın İT ilə heç bir əlaqəsi olmadığı üçün demək olar ki, İT sahəsindən heç bir anlayışım yox idi. Lakin İT Management ixtisası üzrə magistraturaya qəbul olandan sonra bu sahəyə marağım artdı və bu sahəni daha dərindən öyrənmək qərarına gəldim. Daha sonra Professional İT təlim mərkəzində kursları uğurla bitirmiş bir yaxınım mənə bu kursu məsləhət gördü. Kursa daxil olduqdan sonra həqiqətən də gördüm ki, Professional İT təhsil mərkəzi Azərbaycanda İT sahəsi üzrə çoxlu mütəxəsislər yetişdirib. Ümid edirəm ki, gələcək də məndə onlardan biri olacağam. Təşəkkürlər PROFESSİONAL İT. 

1.70-680 TS: Windows 7 Configuration - 740 bal 
2. 70-642: TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 750 bal 
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 723 bal


Cəmilə Muradova


Universitetdə İT sahəsi üzrə aldığım təhsil karyera qurmaq üçün kifayət etmirdi. Biliyimi artırmaq üçün "Professional İT" tədris mərkəzini mənə məsləhət gördülər. İlk gündən Ruslan m. tərəfindən tələbkarlıqla, professional səviyyədə keçirilən praktiki və nəzəri dərslər öz bəhrəsini verdi. Bu biliklərdən yararlanmamaq günah olardı. Microsoft Certification imtahanında iştirak edib, aldığım ilk müsbət nəticə bunun real sübutudur. Bu ilk nəticənin sevincli həyəcanına görə Sizə minnətdarıq Ruslan müəllim! Allah hamımıza kömək olsun! tak derjat! :)

1. 70-680: TS: Windows 7, Configuring - 700 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 720 bal
3. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 740 bal 
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 972 bal
5. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 894 bal 


Anar Isgəndərli


İxtisasımın və işlədiyim sahələrin birbaşa IT ilə əlaqəsi olmasa da hələ uşaqlıq vaxtlarından kompüter texnologiyalarına olan güclü marağım məni uzun müddət bu sahəni müstəqil şəkildə öyrənməyə sövq etmişdi. Lakin hansısa bir sahədə professional olmaq üçün saysız-hesabsız informasiya axının içərisindən yalnız lazım olanları seçməyi bacarmaq və onlara sistemli şəkildə yanaşaraq öyrənmək lazımdır. Məhz bu məsələdə Ruslan müəllimin timsalında Professional IT mərkəzi mənim köməyimə çatdı. Mərkəzdə dərslərin bizim öyrəşdiyimiz ənənəvi üsullarla deyil, tam fərqli bir prizmada keçirilməsi qısa müddət ərzində daha yüksək bilik əldə etməyə imkan yaradır. Ruslan müəllimə, Professional IT kursunun bütün kollektivinə öz adına layiq yüksək səviyyəli belə bir MƏKTƏB yaratdıqlarına və maraq dairəmin reallaşdırmasında göstərdikləri köməyə görə dərin minnətdarlığımı bildirir, öz gələcəklərini professional bir IT mütəxəssisi görmək istəyən bütün gənclərə məhz bu məktəbi tövsiyə edirəm.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 875 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 950 bal
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 1000 bal
4. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 1000 bal
5. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 972 bal
6. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 866 bal 
7. 640-822 Interconnecting Cisco Networking Devices 1 (ICND1) - 899 bal
8. 640-816 ICND2 Interconnecting Cisco Networking Devices - 930 bal 


Nicat Aslanov


Sahəyə uşaq yaşlarından marağım olduğundan ixtisasımı da bu yöndə seçməyə qərara gəldim və ADNA-nın Komputer Muhəndisliyinə daxil oldum. İT sahəsinə olan marağım məni bu sahədə professional olmağa həvəsləndirdi. Çox İT kursları ilə maraqlandım,sonda axtardığımı Professional İT kursunda tapdım.Hələ 18 yaşım və ali məktəbin 1-сi kurs tələbəsi olmağıma baxmayaraq, kursun ilk ayının sonunda müvəffəqiyyətlə ilk sertifikatıma yiyələndim. Məqsədim bu sahədə daha böyük uğurlara nail olmaqdır. Təbii ki, Ruslan müəllimin köməyi ilə bu uğura yiyələnəcəm. Bu kursun üstün cəhətlərindən; yalnız kitabda yazılan problemlər deyil, real iş həyatında rastlanan problemlərin aradan qaldırılması və qrup şəklində həllinin tapılması, tələbkarlıq və ayın sonunda daxili imtahanın olmasıdır. Bu kursu bitirənlərin uğur qazanacağından heç şübhəm yoxdur. Təşəkkürlər Ruslan müəllim, Təşəkkürlər Professional İT! 

1. 70-680 TS: Windows 7, Configuring 760 bal
2. 70-410: Installing and Configuring Windows Server 2012 - 730 bal 


Təmkin Həsənov


Professional İT kurslarına gəlməzdən qabaq texniki sahədə işləyirdim. Universitetdə oxuyandan bəri cisco sertfikiatı almaq istəmişəm, amma ki, mənə düzgün yol göstərən, düzgün yola yönləndirən adam olmadığı üçün buna nail olmamışam. Amma ki, doğru seçim edib Professional İT kursların seçdiyim üçün buna nail oldum. Ruslan müəllimə dərin minnətdarlığımı bildirirəm ki, dogurdan da kursun adı kimi bizə professional dərs dediyi üçün və mənimlə bir yerdə gələn, ümumiyyətlə bundan sonra bu kursa gələcək bütün uşaqlara uğurlar arzu edirəm. 

1. 640-802 Cisco Certified Network Associate (CCNA) - 907 bal 


Süleyman Xəlilov


Peşə dəyişmək qərarına gəldiyim gündən İT ilə bağlı müxtəlif kursları araşdırdım və sonunda Professional-da dərslərə qatılmağı qərara aldım. Sevinirəm ki qərarımda yanilmamışam. Nəticə artıq 1ci ayda özünü göstərdi. İT ilə maraqlanan, kusr keçmək istəyən və ya öz biliklərini artırmağı nəzərdə tutan hamiya Professional kursunu məsləhət görürəm.

1. 70-680: TS: Windows 7, Configuring - 781 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 940 bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 950 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 966 bal
5. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 860 bal 


Tural Şıxlı


İ.T. sahəsinə marağım əvvəldən var idi, amma üstünə düşmürdüm. Bu il bu həvəs məndə yarandı və başladım İ.T. üzrə kurslar axtarmağa. İlk gözümə dəyən Professional İ.T. tədris mərkəzi oldu. Professional.az saytında bu tədris mərkəzinin tələbələrinin rəylərini oxuduqdan sonra, Ruslan müəllimin özü ilə də danışdım. Müəllimdən biraz məsləhət aldıqdan sonra qərara gəldim ki, bu kursa yazılım. Bəzi çətinliklərə baxmayaraq həvəsdən sönmədim. Artıq Microsoftdan ilk sertifikatımı da aldım. Bu tədris mərkəzində elə tələbələr olur ki, sıfırdan başlayır və sonda çox yaxşı nəticə göstərirlər. Buna səbəb dərslərin çox maraqlı və aydın keçirilməsidir. İlk addımım Professional İ.T.-dən başladı. Buna görə Ruslan müəllimə təşəkkür edirəm. 

1. 70-680: TS: Windows 7, Configuring - 807 bal 
2. 70-410: Installing and Configuring Windows Server 2012 - 805 bal


Afət Abbasova


Ixtisasımın informasiya texnologiyaları ilə heç bir əlaqəsi olmasada (həkim), bu sahəyə marağım hələ məktəb illərindən olub. Və nə yaxşı ki, ölkəmizdı “Professional İ.T” Tədris Mərkəzi kimi kurslar mövcuddur! Buranın yüksək təcrübəli müəllim kollektivi, hansı ki, Sizin bütün suallarınıza cavab verər, bütün dərs vəsaitləri ilə təmin edər. Bundan əlavə qeyd etmək lazımdır ki, dərslər mehriban şəraitdə keçirilir. Dərslərin kollektiv şəkildə keçirilməsi maraqlı, dərk edici və rəqabətlidir. Həm təzə biliklərin toplanması, həmdə öz gözlərində böyümə rəqabəti əmin edir ki, siz bilirsiniz, ən əsası isə bacarırsınız. Professional İ.T tramplin kimi həyatda olduqca böyük nailiyyətləri əldə etmək üçün sizə kömək edən, məncə, ən layiqli məkandır!

1.TS: 70-643 Windows Server 2008 Application Infrastructure ,Configuring - 700 bal

2.TS: 70-620 Configuring Microsoft Windows Vista Client 957 bal 


Orxan Rustamli


IT sahesinde biliklerimi dahada geniwlendirmek ucun professional IT kursuna gelmeyi qerara aldim,bu yolda mene komeklik gostern Ruslan m oz minnetdarligimi bildirmek isteyirem,onun sayesinde biliklerim dahada mohkemlendi,dusunurem gelecekde Ruslan m muracet edecem.


Ramazan Seydivov


İxtisasım marketoloq olsada, İ.T sahəsinə olan maraq və həvəsim məni bu sahəni öyrənməyə vadar etdi. Uzun müdətli axtarışlarımın nəticəsində PROFESSİONAL İ.T kursuna yazıldım.Sözün əsl mənasında PROFESSİONAL İ.T kursunun respublikada analogu olmadığını tam əminliklə söyləyə bilərəm.Tədrisə başladığım ilk gündən buna bir daha əmin oldum. Yüksək peşəkarlıq, tədris etmə bacarığı və s. başqa üstünlüklər PROFESSİONAL İ.T kursunda cəmlənmişdir.Başda Direktor olmaqla müəllimimə öz təşəkkürümü bildirirəm, arzu edirəm ki, kurs öz missiyasını daimi bu şəkildə saxlasın gələcəkdə ölkəmizə, vətənimizə bacarıqlı, savadlı mütəxəssislər yetişdirsin. 


Rəvan Seyfiyev


15 ilə yaxın İnformasiya texnologiyalarının idarəolunması sahəsində çalışdığıma baxmayaraq, daim dinamikada olan bu sahənin tələblərinə cavab verən mütəxəssis olmaq üçün Professional İT kurslarında iştirak etməyə qərar verdim. Kurs mənə informasiya texnologiyaları barədə bir sıra yenilikləri öyrənmək və çalışdığım işdə tətbiq etmək, bu sahədə biliklərimin təkmilləşdirilməsi, müasir əməliyyat sistemlərinin öyrənilməsi, onların təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli kömək etdi. Eləcə də server administrasiyası sertifikatını əldə etmək üçün kurs ciddi stimul oldu. Çox sevindirici haldır ki, tədris Microsoft sertifikatlaşdırılmış trener (MCT) tərəfindən aparılır, qoyulan suallara tam və dolğun cavab almaq olur. Belə bir atalar sözü var cavanlar qaydaları, yaşlılar istisnaları bilir. Amma Ruslan müəllimin keçdiyi dərslər bunu göstərir ki, yaşından asılı olmayaraq hər bir adam burda qaydalarla yanaşı istisnaları da öyrənə bilər. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 775 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring 861 - bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 880 bal


Əli Abdullayev


Mən Professional İT kursuna gəlmamişdən əvvəl butün kurslar haqqinda özüm üçün məlumat toplayirdim. Bura gəlməyimin səbəbkarı dostum Rəşad oldu, o bu kursu məndən əvvəl bitirmishdi. Deyə bilərəmki Professional İT kursunu seçməkdə heç də peşman deyiləm. Bu kursun köməyi ilə öz biliklərimi mənim ücün yeni olan səviyyəyə qaldırdım və yeni dostlar qazandım. Mənim fikrimcə Azəbaycanda İT mütəxəsisslərin hazılanmasıda Professional İT kursunun rolu önəmlidir 

1. 70-680: TS: Windows 7, Configuring - 1000 bal
2. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 1000 bal
3. 70-642 TS: Windows Server 2008 Network Infrastructure - 933 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 913 bal
5. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 887 bal 
6. Cisco 640-802 Cisco Certified Network Associate - 888 bal 


Rüfət Hüseynov


Uğurlar qazanmaq üçün motivasiya və düzgün yol göstərən müəllimə ehtiyyac olur. Mənim motivasiyam çox yüksək olduğu üçün kurs axtarışına çıxdım, Uzun axtarışdan sonra Professional İ.T. Tədris mərkəzinin heyyəti Ruslan müəllimin timsalında çox kömək oldu. Təşəkkür Ruslan müəllim.

1.70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 812 bal
2.70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 900 bal
3.70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 988 bal


Rüfət Qasımov


Bilidiyimiz kimi IT sahəsinde training keçən çox kurslar var ancaq Professional IT bu kursların hamısından fərqlənir. Mən bu kurs barəsində dostlarım və Professioanl IT traninglərdə olan insanlardan cox təriflər esitmişdim və bu mənə hər zaman təəcüblü gəlirdi. Burda keçirilən dərslərin keyfiyyətini müəllimlərin biliklərini açıq aydın kursda olduğum müddətdə gördüm və gödüm ki, Professioanl IT və onun müəllim heyyəti bu təriflərin ən yaxşısına layiqdir. Profesisional IT uğur və nailliyət qazanmaq istəyən hərkəsin ilk novbədə müraciət etməli olduğu bir kursdur. Təşəkkürlər Professional IT !!!! 

1. 640-802 Cisco Certified Network Associate (CCNA) - 947 bal
2. 642-902 CISCO IP Routing - 871 bal 
3. 642-813 Implementing Cisco IP Switched Networks (SWITCH) 
4. 642-832 Troubleshooting and Maintaining Cisco IP Networks (TSHOOT) - 1000 bal 


Azər Sanılı


Həyatda məqsədə doğru geniş və düz yol mövcud deyil. Məqsədə aparan yol ensiz, buruqlu, bəzən uçurumla hədələyən tikanlı dağ cığırıdır.” Mən həmişə bu prinsiplə yaşamışam. İT professional kursu bu prinsipi reallıqda əks etdirdi. Əgər peşəkar İT mütəxəssisi kimi yetişmək istəyiriksə, yuxusuz gecələri gələcəyimiz naminə qurban vermək düzgündür. Ruslan müəllim başda olmaqla bütün Professional İT heyyətinə dərin təşəkkürümü bildirirəm.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 925 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 850 bal
3. 70-410 Installing and Configuring Windows Server 2012 - 812 bal 
4. 70-687: Configuring Windows 8.1 - 766 bal 


Sara Abbasova


Mən Professional İT kursuna gəlmamişdən əvvəl butün kurslar haqqinda özüm üçün məlumat toplayirdim. Bura gəlməyimin səbəbkarı dostum Rəşad oldu, o bu kursu məndən əvvəl bitirmishdi. Deyə bilərəmki Professional İT kursunu seçməkdə heç də peşman deyiləm. Bu kursun köməyi ilə öz biliklərimi mənim ücün yeni olan səviyyəyə qaldırdım və yeni dostlar qazandım. Mənim fikrimcə Azəbaycanda İT mütəxəsisslərin hazılanmasıda Professional İT kursunun rolu önəmlidir 


Cavid Nuriyev


Mən İT sahəsinə çoxdan maraq göstərirəm. Təhsilimi bu sahədə bitirdiyimə baxmayaraq hər zaman daha yüksək biliklərə yiyələnmək istəmişəm. Buna görə də mən bir çox araşdırmalardan sonra Professional İT kurslarina gəlməyi qərara aldım. İlk imtahandan sonra deyə bilərəm ki, mən qərarımda yanılmamışam. Dərslər maraqlı, sərbəst və mehriban bir şəraitdə keçirilir. Bütün bunlara görə mən Ruslan müəllimə öz təşəkkürümü bildirirəm. İNŞALLAH növbəti imtahanlarda da yüksək nəticələr göstərib qarşımdakı məqsədə çataram. Hamıya uğurlar! 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 790 bal

2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 840 bal
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 750 bal 
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 890 bal
7. 70-236 TS: Microsft Exchange Server 2007, Configuring - 925 bal 


Rəfi Rəhimov


İT sahəsinə ilk addımım demək olar ki, bu kursla birlikdə başladı.İxtisasım İT sahəsilə əlaqəli olmağına baxmayaraq həmişə universitetdə aldığım biliklər kifayət qədər olmadığından məni qane etmirdi.Professional İT təlim mərkəzində Ruslan və Şahin müəllimlərin verdiyi təhsilin köməyilə mənə Microsoft imtahanlarından uğur əldə etməyə kömək etdi.Bu təlim mərkəzinin gözəlliyi ondan ibarətdir ki,buradakı tələbələr həm nəzəri,həm praktiki biliklər əldə etməklə yanaşı həm də beynəlxalq dərəcəli mütəxəsis ola bilirlər.Bir daha TƏŞƏKKÜRLƏR Professional İT.

1. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 975 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 875 bal
3. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 976 bal 
4. 70-351 TS: Microsoft Internet Security and Acceleration Server, Configuring -1000 bal
5. 70-646 Pro: Windows Server 2008 Server Administrator - 943 bal
6. 70-236 TS: Microsft Exchange Server 2007, Configuring - 1000 bal
7. 1Z0-051 Oracle Database 11g: SQL Fundamentals I - 96%


Sadiq Ismayılov


Saytda rəylərə baxıram ki, Windows 10 kursundan ilk olaraq bizim qrup başlayıb. Ümid edirəm ki, başladığımız kimidə irəli getməkdə davam edəcəyik. Həm kurs vaxtı olan atmosfer və imtahan qabağı olan həyəcan, hətta imtahandan "PASS" sözü ilə çıxanda bu həyəcanın sadəcə su içmək kimi gəlməsi, növbəti kitabı başlamağa daha da həvəsləndirir. Bütün tələbələrə uğurlar, Ruslan müəllimədə təşəkkürlər... 

1. 70-680: TS: Windows 7, Configuring - 918 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 860 bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 900 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 760 bal
5. Interconnecting Cisco Networking Devices (CCENT) - 860 bal
6. Cisco Certified Network Associate (CCNA) - 930 bal


Əfrasim Əzimov


IT Professional ve Ruslan müəllim haqda çoxlu yaxşı fikirlər söyləmək olar. Amma sözlərə yox IT professional kursunun məzunlarının nəticələrinə baxmaq məncə daha məqsədə uyğun olar. Ruslan müəllimdə isə ən yüksək qiymətləndirdiyim xüsusiyyət onun fikrini aydın formada ifadə etmə bacarığıdır. Məncə IT sahəsində uğur qazanmaq üçün, Professional IT kurslarında iştirak etmək, Ruslan müəllimin verdiyi materialları öyrənmək ən perespektivli variantdir. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 975 bal


Vüsal Cəfərov


Uzun müddətdir ki, I.T. sahəsində çalışıram. İxtisasım tam fərqli sahə “Maliyyə və Kredit” olmasına baxmayaraq bu sahəyə marağım orta məktəbdə oxuyarkən var idi. Universitet dövründə fikirləşirdim ki, ixtisasımla bağlı bir təşkilatda işləsəm belə hobbi kimi seçdiyim I.T. sahəsindəki biliklərimi gələcəkdə daha da dərinləşdirərəm. Həmin vaxtlarda da I.T. sahəsində çalışırdım, illər ötdü, gördüm ki, məni ixtisasımdan çox bu sahə cəlb edir. Hobbi hesab elədiyim sahədə biliklərim və təcrübəm ixtisasımdan daha çoxdur. Hər gün yeni bir məlumat, hər gün yeni bir proqram öyrənməklə özümü maksimum şəkildə inkişaf etdirmək istəyirdim. Bu sahədə daha da irəli getmək üçün təcrübədən əlavə əsaslı şəkildə təhsilin və bunu təsdiq edən sertifikatların olmasını özümə yəqin etdim. Uzun müddətli araşdırmalardan sonra Professional I.T. Tədris Mərkəzinə müraciət etdim. İlk öncə baş təlimatçı olan Ruslan müəllimlə görüşdüm. Dərslərdə iştirak etdim, peşəkar müəllimlərin tələbələrə verdiyi təhsilin şahidi oldum. Ən əsası da bu Tədris Mərkəzi tələbələrə düzgün istiqamət verir və lazımi materiallarla təchiz edir. Müəllimlər isə həmin materialların əsasında dərsləri başa salır və praktiki dərslər keçirlər. Sistem Administratoru kursuna yazıldım və fəal şəkildə dərslərdə iştirak eləməyə başladım. Qısa bir vaxtda həyat yoldaşımın dəstəyi, Professional I.T. Tədris Mərkəzin köməyi ilə “MCTS” imtahanına hazırlaşdım və yüksək bal ilə (976 bal) bu sertifikatı qazandım. MCITP sertifikati üçün iki imtahan verdim her ikisinden yüksək bal(birinci imtahan 70-640 bu imtahandan 981 bal, ikinci imtahan 70-642 bu imtahandan 1000 bal)topladim. Bu sahəyə marağı olan insanlara, əsaslı biliyə malik olmaq istəyənlərə, özlərini nəinki Azərbaycanda, hətta beynəlxalq aləmdə təsdiq eləmək istəyənlərə Professional İ.T. Tədris Mərkəzini tövsiyə edirəm. Bu Tədris Mərkəzini seçənlərə isə uğurlar arzulayıram. 

1.351 TS: Microsoft Internet Security and Acceleration Server 2006 Configuring-884 bal
2.70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 964 bal
3.70-646 Pro: Windows Server 2008, Server Administrator - 981 bal
4.70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 988 bal
5.70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 1000 bal
6.70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 981 bal
7.70-620 TS: Configuring Microsoft Windows Vista Client - 976 bal 
8.VCP-310 VMware Certified Professional on VI3 - 98%


Vahid Cəfərov


Sistem Administratoru işləməyimə baxmayaraq, başqa ixtisas üzrə universiteti bitirdiyim üçün özümdə narahatçılıq hiss edirdim.Bu narahatçılığı aradan qaldırmaq üçün sertifikat almaq qərarına gəldim.İlk gəlişimdə yeni nəsə öyrənəcəyimi düşünmürdüm.Lakin Ruslan müəllimin başçılığı altında Professional İT kursunda cox yeniliklər öyrəndim.Ruslan müəllim nəzəri və praktiki biliklərlə kifayətlənmir yeri gəldikdə psixoloji tərəflərə də toxunurdu.Hətta kursu bitirdikdən sonra öyrəndiklərimi şirkətimizdə tətbiq etməyə başladım.Elə bunun nətcəsi olaraq rübün işçisi adına layiq görüldüm.Bir daha məhz bu kursu seçməyimlə yanılmadığımı təsdiqlədim.Bu naliyyətlərimə görə Ruslan müəllim və Professional İT kursuna dərin təşəkkürümü bildirirəm.


Kənan Əkpərov


İT sahəsinə olan marağım məni bu sahədə daim yeni biliklər əldə etməyə həvəs yaradır. Başqa tərəfdən isə İT sahəsinin dinamik inkişafı bizi yeni biliklər əldə etməyə məcbur edir. Bu yolda İT sahəsində mütəxəssis yetişdirməkdə qabaqcıl olan Professional İ.T. kursalarını seçməkdə məqsədim öz İT biliklərimi artırmaq və mütəxəssis kimi formalaşmaqdı. Dərslərimiz başladıqdan sonra mövzuların anlaşıqlı izahı, mövzular barəsində aydın təsvirin yaradılması həmin mövzuları rahatlıqla başa düşməyimə şərait yaratdı. Əlbəttə bu işdə Ruslan müəllimin böyük zəhməti olmuşdur. Ruslan müəllimə göstərdiyi köməkliklərə görə təşəkkürümü bildirirəm. 

1.70-680 TS: Windows 7 Configuration - 910 bal
2.70-642 TS: Windows Server 2008 Network Infrastructure - 790 bal 
3. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 900 bal 
4. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 900 bal 
5. 70-646: Windows Server 2008, Server Administrator - 836 bal 


İlkin İsmayılov


Azərbaycan Dövlət Neft Akademiyasının fərqli bir ixtisasını bitirməyimə baxmayaraq İ.T sahəsinə həmişə marağım olub. İşimdə İ.T sahəsi ilə bağlı olduğundan İ.T biliklərimi inkişaf etdirmək qərarına gəldim. İş yoldaşımın məsləhəti ilə Professional İ.T Tədris mərkəaini seçdim. Burda Ruslan müəllimlə tanış oldum. Seçdiyi və keçdiyi keyfiyyətli dərs metodikası mənim İ.T biliklərimi dahada inkişaf elətdirməkdə həvəs yaratdı.Bunun üçün Ruslan müəllimə oz minnətdarlığımı bildirirəm. İ.T biliklərini artırmaq istəyən hər kəsə mənim kimi Professional İ.T Tədris mərkəzini seçməyi məsləhət görürəm.


1. 70-680: TS: Windows 7, Configuring - 700 bal 
2. 074-409 Windows Server Hyper-V and System Center - 987 bal 
3. 70-410: Installing and Configuring Windows Server 2012 - 875 bal
4. 70-411: Administering Windows Server 2012 - 760 bal
5. 70-412: Configuring Advanced Windows Server 2012 - 775 bal
6. 70-413: Designing and Implementing a Server Infrastructure - 730 bal 
7. 70-414 Implementing an Advanced Server Infrastructure - 752 bal
8. 70-688: Supporting Windows 8.1 - 775 bal
9. 70-341 Core Solutions of Microsoft Exchange Server 2013 - 900 ball
10. 70-342 Advanced Solutions of Microsoft Exchange Server 2013 - 769 bal


Qasım Məmmədov


С детства увлекаюсь архитектурой компьютера и его структурой. Программирование, ремонт компьютеров и наконец, сети стали причиной поступления на специальность «компьютерная инженерия». Но не получив желаемого образования, решил записаться на курсы по компьютерным сетям. PROFESSIONAL I.T. – вот куда мне посоветовали пойти. Курсы оказались превосходными. За 3 месяца подготовки я получил достаточно информации, чтобы успешно сдать экзамен на сертификат. И я это сделал, удачно сдав экзамен. Спасибо PROFESSIONAL I.T.!


1. 200-120 CCNA Routing and Switching - 841 bal


Mirhüseyin Əzizov


IT sahəsi ilə çox uzun muddətdir ki, məşğulam. Bu sahəyə qarşı həmişə çox böyük marağım olmuşdur. Bu həddindən artıq geniş bir sahə olduğu üçün burada uğurlar-nailiyyətlər qazanmaq elə də asan başa gəlmir. Əsas məsələ düzgün istiqamətdə təhsil almaqdadır. Məndə bunun üçün kurslar aaxtarmaq istəyirdim. Lakin kurslar çox olduğundan qərar verməkdə çətinlik çəkirdim. Sonunda yaxın birdostumun məsləhıti ilə Professional IT kursuna qatıldım. Kursa başlamamışdan qabaq elə düşünürdümki mən bu sahədə bir çoxşeylər ibilirəm amma kursabaşladıqdan sonra gördümki bildiklərim bu sahənin genişliyi və müasir tələbləri qarşısında nəyəsə nailolmaq üçün heçdə kifayət deyilmiş. Bu kursda mən qısa müddətdə çoxşeylər öyrəndim. Bu barədə mənə Ruslan müəllim çox böyük köməklik göstərmişdir. Bunun üçündə başda Ruslan müəllim olmaqla bütün Professonal IT komandasına öz təşəkkürümü bldirirəm. Uğurlarınız davamlı olsun inşəAllah. 



1. 70-687: TS: Windows 7, Configuring - 700 bal 
2. 74-409: Windows Server Hyper-V and System Center - 900 bal 
3. 70-410: Installing and Configuring Windows Server 2012 - 793 bal
4. 70-411: Administering Windows Server 2012 - 833 bal
5. 70-412: Configuring Advanced Windows Server 2012 Services - 733 bal 
6. 70-688 Supporting Windows 8.1 - 760 Bal 


Naida Xəlilova


Bu kurslar qısa müddət ərzində IT sahəsində baş verən yeniliklər haqda məlumat, ve onlarla birgə bilik verirler. Bu kurslarda oxumag mene çox marağlı ve faydalı oldu. PC arxasında özümü daha inamla hiss etməyə başladım. Bu kurslar çox adamlara iş tapmaqda kömək edib. Baxmayaraq ki, mən fərqli sahədə işləyirəm, Professional IT kurslarında aldığım bilik mənə daim lazımlı olur. 


Sübhi Tağıyev


Peşəkarlığı ilə seçilən Ruslan müellimin idarəçiliyi ile keçilən dərslərin həqiqətəndə rolu böyükdü.Amma bir tərəfdəndə fikirləşmək lazımdıkı bu munasibət qarşılıqli olmalıdı.Müəllimlə bərabər tələbə özüdə əziyyət çəkməlidiki nailiyətlər əldə edə bilsin.100% əmin edirəmki əziyyətiniz boşa getmir.Ruslan müəllimədə öz dərin minnətdarlığımı bildirirəm!        

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 750 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 875 bal
3. 70-652 TS: Windows Server Virtualization, Configuration 


Mutəllim Mutəllimov


Ümumiyyətlə IT sahəsinə baxanda adama çox çətin gəlir. Amma oxuduqca, görürsən ki, çox maraqlıdır. Belə deyək texnologiya marağın biraz da artır. Bu günki gündə IT cox geniş inkişaf edib, əvvəlki illərə baxanda. Mən IT sahəsində qazandığım uğurlara, nailiyyətlərə görə Professional IT-yə böyük təşəkkürümü bildirirəm.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 880 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 750 bal
3. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 860 bal 
4. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 717 bal


Nahid Mirzəyev


İlk görüşdə Professional IT kursu mehriban kollektivi ilə məni özünə cəlb elədi. Daha sonra müəllimlərin bilik və bacarığı baxımından da doğru ünvana gəldiyimi sübut etdi. Bu sertifikatla peşəkar IT sahəsində ilk uğurlu addımımı atdım. Bu uğurda zəhməti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. 

1. 70-680: TS: Windows 7, Configuring - 980 bal 


Rəfi Əliyev


Nəzərə alsaq ki, Kapitalizm dövründə yaşayırıq hər birimiz daim özünü inkişaf etdirməklə məşğul olmalıdır. Yalnız güclü biliklərə malik olan şəxs 21-ci əsrdə müstəqil həyat sürə və öz peşəsi ilə bağlı müstəqil qərarlar qəbul edə bilər. Bu cəhətdən dostumun məsləhəti ilə Profesional IT tədris mərkəzini seçdim. IT sahəsi ilə heç bir ilkin biliklərə malik olmasam da, Professional IT tədris mərkəzində bununla əlaqədar heç bir çətinliklə üzləşmədim. Ruslan Müəllimin IT elmini aydın və sadə izah etmə, düzgün yönəltmək bacarığı və tapşırıqları buna birbaşa kömək oldu. IT sahəsində qısa zamanda əldə etdiyim ilkin lakin çox qiymətli biliklərə görə Ruslan müəllimə öz minnətdarlıqımı bildirirəm. Bu kursları karyera və maddi rifahını yaxşılaşdırmaq istəyən, IT sahəsinə maraqı olan hər bir şəxsə məsləhət görürəm. 

1. 70-680: TS: Windows 7, Configuring - 850 bal
2. 70-410: Installing and Configuring Windows Server 2012 - 805 bal 


Ülvi Quliyev


Öz ixtisasım menecer olsa da, bu məni qane etmirdi. İT sahəsinin mənim üçün daha cəlbedici və çox maraqlı olduğunu bilirdim. Araşdırmalarım və tanışlarımın məsləhəti mənim yolumu "Professional İT"dən saldı. Vaxt keçdikcə seçimimdə yanılmadığıma daha çox əmin olurdum. Tədrisim müddətində sistem administratorluğun sirlərini öyrənməklə yanaşı, gələcək kariyeramda qarşılaşacağım bəzi məsələlərlə bağlı çox dəyərli və peşəkar məsləhətlər aldım. 

Təşəkkürlər, Professional İT! Təşəkkürlər, Ruslan müəllim!


Vüqar Məmmədov


Azərbaycan Dövlət Neft Akademiyasında ixtisasım “Texniki sistemlərdə idarəetmə və informatika” olsa da belə, İT aləmində qazandığım biliklər bu sahənin mühəndisi olmaq və bu profil üzrə karyera əldə etməyə kifayət etmirdi. Bu sahədə bilikləri genişləndirmək, administrativ proqram paketlərinə yiyələnməkdə “Professional İ.T” təlim mərkəzinin çox boyük köməyi oldu. Bu mərkəzdə dərslərin incəliklərə vararaq keçirilməsi ilə bərabər, həm də texniki problemlərin diskussiyaya çıxarılma yolu ilə həll edilməsinin şahidi oldum. Artiq inamla deyə bilərəm ki, İT -mənim karyeramdir və “Professional İ.T” təlim mərkəzinə işlərində daha da boyük nailiyyətlər arzulayıram! 


Tural Cəfərov


İnformasiya Texnologiyalrı ixtisasını bitirməyimə baxmayaraq IT biliklərim çox zəif idi.İnternetdə kurslar haqqında axtarış etdikdən sonra qarşıma "Professional IT" saytı çıxdı.Bu kursda getdikdən sonra IT biliklərimin nə qədər zəif olduğunu bir daha anladım.Biliklərimin artmasında Ruslan müəllimin rolu olduğu üçün təşəkkür edirəm.Sözün əsl mənasında həqiqi IT biliklərə yiyələnmək istəyənlərə bu kursu tövsiyə edərdim.Əsla səhv etməzsiz!

1. 70-410: Installing and Configuring Windows Server 2012 - 718 bal
2. 70-411: Administering Windows Server 2012 - 800 bal


Şəms Soltani


Universiteti bitirdikdən İT sahəsində çalışmağıma baxmayaraq, öz biliklərimi artırmağa qərar verdim. İT kursu verən mərkəzləri araşdırdım İT sahəsində olan dostlarımın sayəsində kurslar arasında Professional İT yə gəlməyə qərarlaşdırdım. Burda Cisco CCNA dərsləri ümumi biliklərlə yanaşı, örgəndiklərimiz bilikləri fiziki avadanlıqlarda tətbiq etmək imkanı oldu. Mənə elə gəlir ki, bu hər bir kursda mümkün deyil.  Bu şəraitə görə Ruslan müəllimə təşəkkürümü bildirirəm.


Niyazi Vəzirov


Professioanl IT kursu haqqında çox şey demək olar. Burada yüksək biliyə nail olmaq, yüksək səviyyəli məllimlərin biliklərindən yararlnmaq və bu sahədə özüvüzə yoldaş tapmaq olar. Mən bu kursa gələndə İT sahəsində biliyim bir qədər çox deyildi amma bu kursun sahəsində bir çox bilik əldə etmişəm. Azərbaycanda bir çox İT kursları var amma Professioanl İT kursu onlardan fərqlidir. Yəqinki bir çox insan bu fərqi bilmək istəyir amma bunu ancaq orda görmək olar. Mən bu kursun yaradıcılarına və məllimlərinə öz minnətarlığımı bildiriəm ki, bizə belə bir şərait yaradıblar və özləri bir neçə ildə nail olduqları bilikləri bizə çox qısa müddətdə öyrədirlər. Təşəkkürlər PROFESSİOANL İT. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 785 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 962 bal
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 825 bal
4. 70-351 TS:Internet Security and Acceleration Server 2006 Configuring - 957 bal 
5. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 723 bal
5. 70-236 Microsoft Exchange Server 2007 - 700 bal
6. Cisco 640-802 Cisco Certified Network Associate 
7. 642-901 BSCI Building Scalable Cisco Internetworks (BSCI)
8. 642-812 BCMSN Building Cisco Multilayer Switched Networks (BCMSN) 
9. 642-825 ISCW Implementing Secure Converged Wide Area Networks (ISCW)
10. 642-845 ONT Optimizing Converged Cisco Networks (ONT) 


Əliqəmərli Namazov


IT infrastrukturuna marağım elə ilk dəfə PC gabağına oturandan var. Həmişə istəmişəm ki, ən yaxşılardan olum. Bütün arzusunda olanlara məsləhət görürəm qarşılarına böyük, çox böyük məqsəd qoysunlar, ona gorə ki, nailiyetler əldə edəndə asan qısa yolun nailiyətində daha çox olur. Çətin işin zəhmətinin bəhrəsi çox shirin olur. Neçə aylar idi ki, azerbaycanda professional training center axtarırdım sertifikatlaşmaq üçün, Uzun axtarışdan sonra Professional IT internet səhifəsində tapdım. Doğrudan səhv etməmişəm, bura əsl professionalrın yeridir!

1. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 700 
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 730 


Rüstəm Alışev


Uşaq vaxtından kompyuterə həvəs olduğundan ADNA-ın İnformatika fakultəsinə daxil oldum. Lakin burada heç nə öyrənə bilməyəcəyimi gördükdən sonra bir sıra kurslara gedib İT biliklərimi genişləndirdim.Universiteti bitirdikdən sonra AzərEnerji ASC işə qəbul oldum və hal-hazırda da orda işləyirəm. Cisco kurslarına yazılıb ilkin olaraq CCNA sertifikatını aldım. Daha sonra yolumu Sis.Adminlik-də gördüm. Bunun üçün yüksək biliklərə sahib olan bir Sistem Administrator tərəfindən bilik almağıma görə axtarışa başladım. Bir sıra forumlar oxuduqdan sonra rusların bir forumunda Azerbaycanlının yazdıqları fikrimi cəzb etdi. O burada Professional.az-da keçdiyi kurslar sayəsində karyerasını qurmağını qeyd etmişdir. Professional.az-la maraqlandiqda burdakı sis.admin dərslərinin tam mənim istəyimə uyğun olduğunu gördüm. Hal-hazırda kurslarda iştirak edərək Windows 7 Configuration70-680 sertifikatını almışam. Sonradan daha 5 sertifikatın almağa nail oldum. Bunun üçün Professional.az-a öz təşəkkülümü bildirirəm.

1. 70-680: TS: Windows 7, Configuring - 820 bal
2. 70-685: Windows 7, Enterprise Desktop Support Technician - 800 bal
3. 640-802: Cisco Certified Network Associate - 894
4. 70-642: TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 910 bal 
5. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 775 bal


Emil Məmmədli


Bir neçə il idi ki, İT sahəsində işləyirdim. Amma bu sahədə böyük uğurlar və çoxlu sertifikatlar qazanmaq istəyirdim. Bu istək məni Professional İT kursunu seçməyimə səbəb oldu. Bu kurs sayəsində İT biliklərimi möhkəmləndirdim. Bir neçə sertifikat qazandım. Karyeramda irələyiş əldə etdim. Bütün bunlar Ruslan müəllimin verdiyini biliklərin sayəsində oldu. Bütün uğurlarıma və qazandığım biliklərə görə Ruslan müəllimə dərin minnətdarlığımı bildirirəm.

 

1. 70-410 Installing and Configuring Windows Server 2012 - 756 bal

2. 70-687 Configuring Windows 8.1 -833 bal

3. 74-409 Server Virtualization with Windows Server Hyper-V and System Center - 812 bal



Rasim Abdullayev


Yeni informasiya texnologiyalarının inkişaf tempi ölkəmizdə bu sahəyə marağın artmasına gətirib çıxartmışdır. İT şirkətlərinin, o cümlədən dövlət və qeyri-dövlət təşkilatlarının yüksək bilik və bacarığa malik İT mütəxəssislərinə tələbatı artmaqdadır. Bu səbəbdən, həmçinin İT sahəsinə olan maraq və məhəbbətdən irəli gələrək baza təhsilindən asılı olmayaraq İT üzrə yüksək kadrlar yetişir və bu sahənin biliciləri artır. Bu kadrların hazırlanmasında müxtəlif kursların böyük rolu var. Amma mən sizlərin diqqətini məhz “Professional İ.T.” kurslarına yönəltmək istəyirəm, çünki bu kursun fərqli cəhətləri, xüsusi ustünlükləri vardır. Mən də digərləri kimi (İT kurslarında biliyini artıranlar) bu sahədə müəyyən nəzəri biliklərə və kiçik təcrübəyə malik idim. Lakin nəzəri biliklərin və təcrübənin artırılması üçün “Professional İ.T.” ideal məkandır. Mən “Professional İ.T.” kursunda bilik və təcrübə əldə etməklə yanaşı, gözəl mühit və səmimi yoldaşlar qazanmışam. Digər kursları antireklam etmək istəmirəm, təbii ki, onların da fəaliyyəti məhsuldardır. Amma “Professional İ.T.” kursundakı müəllimlərin yüksək biliyi, pedaqoji yanaşması, ünsiyyət forması, dinləyicilərə qarşı diqqəti və digər müxtəlif amillər bu kursu fundamental kurs səviyyəsinə gətirib çıxardıb. “Professional İ.T.” kursuna tutduğu kursda uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Uğurları və nəticələri göz qabağında olan bu kurslara sizləri də dəvət edirəm. Ilk addımı atın və uğurların davamı gələcək...

1. 620 TS: Configuring Microsoft Windows Vista Client - 721 bal
2.640 TS:Windows Server 2008 Active Directory, Configuring -887 bal 



Aleksandr Pyatkin


 Ulu Öndər Heydər Əliyevin bir məhşur kəlamı var: “ Kim ki, biliyindən və bacarığnda lazimi anda istifadə etmir, o həmişə məğlub olur.” İT Professional Kursları – sisadmin üçün “həyat məktəbi” kursları adına layiqdır. Bu kurslarda mən İT sistemlərində yaranmış çətinliklərin çoxsunda müvəfəqiyyət qazanmaq bacarıqlarını əldə etdim. Və əminəm ki, bu biliklər məni, bu çətin və zəhmətkeşli həyat yolunda kömək edəcəkdir. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 914 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 737 bal
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 825 bal 
4. 70-351 TS: Internet Security and Acceleration Server 2006 Configuring-884 bal 
5. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 815 bal 


Oktay Əliyev


Əvvəllər kompyüterə bir oyun qurğusu kimi baxırdım, çoxlu oyunlar yüklüyürdüm kompyüterimə əylənirdim, bir müddətdən sonra kompyuterdə nasazlıqlar, viruslar  yaranmağa başladı. O, müddətdən kompyuter kurslarına getməyə başladım. Kompyuter biliklərimi əldə etdikdən sonra artıq cisco şəbəkə avadanlıqlarına maraq və tələbat yarandı, yaxın bir tanışımın məsləhəti ilə "Professional IT"  kursuna yazıldım.  Ruslan müəllimin hər bir dərsiimizə diqqətlə yanaşdığına və bizə geniş məlumatlar verdiyinə görə ona təşəkkür edirəm. Yaxın zamanlarda digər mövzuda olan kurslara da yazılacam. Mənda öz dostlarıma, tanışlarıma "Professional IT" kurslarına yazılmağını məsləhət bilirəm.

 


Rəşad Əfəndiyev


Professional IT təlim mərkəzinə öz təşəkkürlərimi bildirirəm. IT sahəsində ilk addımlarımı bu kursdan başlamışam. Və bu mənim üçün çox uğurlu bir başlanğıc olub. Bu sahəni öyrənmək istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, əgər bu sahədə nəyəsə nail olmaq istəyirsinizsə Professional IT tədris mərkəzi bunun üçün çox gözəl bir məktəbdir. Azərbaycanda bu sahədə kurslar çox azdır, olanların da çoxu gozlədiyin nəticəni, savadı vermir. Lakin Professional IT tədris mərkəzinin müəllim heyyətinin sayəsində siz bu sahədə gözlədiyiniz nəticəni əldə edəcəksiniz ve bu sahədə növbəti addımlarınızı inamla atacaqsınız. 

1. 70-351 MCTS: Microsoft Internet Security and Acceleration (ISA) Server 2006, Configuration - 914 bal 
2. 70-620 MCTS: Microsoft Windows Vista: Configuration - 871 bal 
3. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 


Mehman Zakirli


Professional IT Ltd. şirkəti  yüksək ixtisaslı peşəkarlar tərəfindən informasiya texnologiyaları üzrə kursların təşkili və İT sahəsində layihələrin həyata keçirilməsində ciddi nəticələr əldə etmiş təşkilatdır. Yoldaşlarımla iştirak etdiyim kurslarda tədris metodikasından- "nəzəri bilik və praktiki testlər"- dən çox məmnunuq. O cümlədən çox geniş bazası olan internet səhifəsindən(http://www.professional.az/) kurs muddətində lazımi materialların əldə olunması və istənilən məlumatlar haqqında ətraflı informasiya əldə etmək imkanı bu təşkilatın öz işinə professional yanaşmasının göstəricisidir. Təşəkkür edirik sizə və gələcək uğurlarlarınız bol olsun! 


Ozal Eldarov


İnformasiya Texnologiyaları sahəsində bir neçə ildir ki çalışırıram.Bu sahədə daha çox bilik və bacarıqlarım olması üçün IT kurslarına yazılmağı qərara aldım.Bir neçə təlim mərkəzlərinə müraciət etdikdən sonra, doğru seçimin “Professional İT” Təlim mərkəzi olduğunu anladım.Burada öyrəndiyim biliklər mənə çox kömək oldu və öz sahəmdə daha da inkişaf etməyə başladım. Bu sahədə fəaliyyət göstərən və yeni başlayan tanışlarımada İT sahəsində yüksək bilik və bacarıqlara nail olmaları üçün “Professional İT” Təlim mərkəzini tövsiyyə etdim. Bu sahədə inkişaf etdiyimə görə Ruslan Müəllimə öz təşəkkürümü bildirirəm.


Mihail Mihailevski


Professional İT-dən öncə 3 kursda olmuşdum, artıq səhv etməkdən çəkinirdim. Sevindirici haldır ki, bu kurs mənim istəklərimə çatmağa yardımçı oldu. Bütün kollektivə başda, Ruslan müəllim olmaqla minnətdarlığımı bildirirəm!

1. Cisco 640-802 Cisco Certified Network Associate - 900 bal 
2. 642-901 BSCI Building Scalable Cisco Internetworks (BSCI) - 872 bal
3. 642-812 BCMSN Building Cisco Multilayer Switched Networks (BCMSN) - 930 bal
4. 642-825 ISCW Implementing Secure Converged Wide Area Networks (ISCW) 925 bal
5. 642-845 ONT Optimizing Converged Cisco Networks (ONT) - 887 bal


Elnur Bağırov


İT sahəsində bilik qabiliyyətimi inkişaf etdirmək üçün İT Professional kursunda iştirak etmək üçün müraciət etdim. İT sahəsində əldə etdiyim nəaliyyətlərə görə ilk öncə Allaha şükr edirəm ki, bizim üçün Ruslan müəllim kimi insanlar bəxş edib bu dünyaya. Ruslan müəllimin İT sahəsində dərin biliyə malik olması, gözəl nitq qabiliyyətinin olması və digər gözəl xüsusiyyətlərin olması nəticəsində bizim kimi tələbələr bu cür nəalliyyətlər qazanır. Təşəkkürlər Ruslan müəllim.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 730 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 841 bal 
3. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 880 bal
4. Cisco 640-802 Cisco Certified Network Associate 


Vaqif Arabov


Придя в первый раз на эти курсы у меня были только знания клиентовских ОС, но учителя работающие там помогли мне повысить уровень моих знаний и в других областях, за что Я благодарен им! :)


1. 70-680 TS: Windows 7, Configuration. Exam - 831 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure - 700 bal 


Rəşad Səidov


Mən IT sahəsi üzrə kursa qatıldım, əvvələr bu sahə üzrə təcrübəm olsada biliyimi yüksəltmək məqsədi ilə bu kursa qosuldum. Lakin bu kursda kecdiklərim və öyrəndiklərim mənə cox kömək etdi. Tanıdığım doslarımada bu kursa getmeyi məsləhət gördüm. Ruslan müəllimlə əvvəlcədən tanış olmasaqda bu kursdan soram doskimi olduq cox mehriban və səmimi adamdir. Professional I.T. Tədris mərkəzində cox yüksək səviyyədə dərslər keçirilir və bura gələn insanlar doğru istiqamətə yönləndirirler.Bu kursda men “System Administrator” kursunu bitirdim. Men “System Administrator” kursuna yeni baslayanlar üçün bu ünvanı məsləhət görərdim ve bu kursda keyfiyyətli bir tədris mərkezi olduğunu bir daha vurğulayıram. Cox sağol hərşeyə görə Ruslan Müəllim.


Samir Hüseynov


Mənim üçün professional İT təkcə kurs deyil həmdə özümə bir dost kollektiv tadığım bir mərkəzdir.  Sayənizdə tibb sektorundan İT sektoruna uğurlu transfer oldum :). Çox şadam ki, düzgün vaxtda sizi tapdım.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 800 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 775 bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 775 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 930 bal 
5. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 910 bal 


Həmid Hüseyinzadə


IT sahəsinə həmişə böyük maraqim olub.Tələbəlik vaxtlarinda ixtisasim humanitar fənlər üzrə olsada İT sahəsi ilə maraqlanmağa başladim dərindən.Universiteti bitirəndən sonra İT sahəsi üzrə işə başladim bir müddət işlədikdən sonra İT üzrə ixtisaslaşacağim sahəni axtarmağa başladim və Şəbəkə infrastrukturu sahəsi üzrə məşğul olmaq qərarina gəldim.Bir müddət kurs axtarmaga başladim çünkü şəbəkə sahəsi anlayişim yox idi,və Professional İT kurslarini tapdim.Ruslan məllimlə taniş olub söhbət edəndən sonra həvəsim daha da çoxaldi.Məhz buna görə də Ruslan məllimə və Professional İT kursuna verdiyi biliklərə və məsləhətlərə görə dərin minnətdarligimi bildirirəm.


Kamil Babayev


Ixtisasımın başqa yönlü olması məni həmişə narahat edirdi ki mən necə IT də uğur qazana bilərəm? Və mən köklü bir IT təhsili almaq qərarına gəldim. Bir neçə treyning mərkəzlərində oldum. Bunlardan biri de Professional IT idi. Dərslərde bir neçə dərs dinləyici kimi istirak etdim. Dərslərin tam sistemli şəkildə aparılması mənim üçün çox qənaətbəxş oldu. Keçilənlərin labaratoriya şəraitində tətbiq olunması dərslərin daha yaxşı başa düşülməsinə imkan verir. Mənim bu kurslardan öyrəndiklərim mənə Microsoft Cerfified Professional sertifikatını qazanmaqda çox kömək oldu. Mən “Professioanl IT” seçdiyimə gorə çox uğurluyam. Mən bunu deyə bilərəm ki “Professional IT” da əsl istedadlar üzə çıxır. Bura həqiqətən iddialıların, qətiyyətlilərin və IT de böyük uğurlara nail olmaq isteyənlərin yeridir.

1. 70-270 Microsoft Windows XP Prefessional - 911
2. 70-640 Windows Server 2008 Active Directory ,Configuring - 925 bal
3. 70-642 Windows Server 2008 Network Infrastructure, Configuring - 966 bal
4. 70-643 Windows Server 2008 Application Infrastructure ,Configuring - 796 bal
5. 70-646 Windows Server 2008 Server Administrator - 943 bal
6. 70-647 Windows Server 2008 Enterprise Administrator - 896 bal
7. 351 TS: Microsoft Internet Security and Acceleration Server, Configuring - 1000 bal
8. Cisco Certified Network Associate 
9. CCNP swithing 
10. CCIE DATA center written - 953 bal 
11. RHCSA - RedHat Certified System Administrator 
12. RHCE - Red Hat Certified System Engineer 


Emil İbrahimov


Mən, uzun müddət bir çox İT Tədris Mərkəzlərini araşdıraraq bunların içərisində İT biliklərimi artırmaq üçün Professional İT Tədris Mərkəzini seçdim. Bu mərkəzi seçməyimin əsas səbəbi buradakı dərslərin peşəkar səviyyədə aparılması, tələbələrə nəzəri biliklərlə yanaşı praktiki dərslərin də tədris olunmasıdır. Kursları bitirdikdən sonra Professional İT tədris mərkəzində aldığım biliklər və təcrübə iş həyatımda mənə çox kömək oldu. Bundan sonra da bu mərkəzdə İT üzrə öz biliklərimi artırmaği planlaşdırıram. Bu sahə üzrə bilik almaq istəyən hər bir kəsə Professional İT Tədris Mərkəzini tövsiyyə edərdim.


Cəmil Heydərov


Uzun müddət idiki IT sahəsində çalişirdim ama hələdə olsun beynəlxalq sertifikatlarım yox idi.Sərbəst şəkildə 1 müddət hazirlaşdım ama qaranlıq qalan hissələr var idi. Bu qaranlıq hissələri məhz Ruslan m işiqlandırdı.onun sahəsində uğur əldə etdim.Uqurlu karyeramın banisi əziz və dəyərli Müəllimimizdir.


Musayev Elşən


IT sahəsinə olan marağım hədsiz çoxdur və bu sahədə uzun müddətdir işləməyimə baxmayaraq çalışdığım şirkətdə server biliklərinə daha ciddi ehtiyac olduğunu gördüm. Bunun üçün İT biliklərimi dahada dərinləşdirmək üçün kurslarla marağlanmağa başladım. IT sahəsində çalışan yaxın bir dostumun məsləhəti ilə Ruslan müəllimlə tanış oldum və tezliklə Ruslan müəllimin rəhbərlik etdiyi Professional IT kurslarına başladım. Fikrimcə IT sahəsinə dərindən yiyələnmək istəyən üçün bu kurslar ən yaxşı seçimlərdən biridi. Ruslan müəllimin IT sahəsində uzun müddət təcrübəsi və bu sahədə çox geniş biliklərə sahib olması tezliklə düşündüyümdəndə daha geniş biliklərə sahib olmağıma səbəb oldu. Buna görədə başda Ruslan müəllim olmağla Professional IT kollektivinə öz təşəkkürümü bildirirəm, Uğurlarınız daimi olsun...


Viktoriya Şvetsova


Hələ məktəb illərindən İT-nı öyrənməyə böyük həvəs göstərirdim, çox təəssüf ki, məktəbdə dərin biliklər almırdıq. Və mən qarşımda İT sahəsi üzrə mütəxəssis olmaq məqsədi qoydum. İntstituta, “Informasiya texnoloqiyaları və sistemləri mühəndisliyi” fakultəsinə qəbul olundum, lakin tez bir zamanda başa düşdüm ki, məqsədə nail olmaq üçün bu kifayət etmir. Mən sertifikatlaşdırılmış mütəxəssis olmaq istəyirdim və İT kursları haqqında fikirləşməyə başladım. Uzun müddət diqqətlə müxtəlif saytlar ilə tanış olurdum, tanışlarım ilə məsləhətləşirdim, və nəticədə Professional İT kursları ilə rastlaşdım. Ruslan müəllim ilə danışıqdan sonra, məqsədə nail olmaq üzrə marağım və istəyim güclü dərəcədə artdı.Ruslan müəllimə hər dərsdə  mənimlə bilikləri və təcrübəni bölüşdürərək, hər dəfə naaliyyətlərlə kifayətlənmiyərək, inkişaf etməyə həvəsləndirməsinə görə  çox minnətdaram.


İlqar Cəmaləddinov


IT sahəsi mənim üçün maraqlı olduğundan bu sahədə müəyyən biliklər əldə etmək üçün Professional IT tədris mərkəzine yazıldım.Kursa yazılmamışdan əvvəl bu sahədə biliyim yox idi. Ancaq kursda dərslərin yüksək səviyyədə keçirilmesi, maraqlı ve sərbəst dərs şəraiti mənim bu sahəyə olan marağımı bir qədər də artırdı. Özümə çox maraqlı olan bir sahədə, IT sahəsinde, iş tapmaq üçün IT Professional tədris mərkəzində aldığım biliklərin mənə çox böyük faydası oldu.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 785 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 930 bal 
3. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 743 bal 


Orxan Məmmədov


Bütün dostlarıma əvvəlcədən təşəkkür etmək istəyirəm, Xüsusilə Ruslan Şərifova. Mənim İT sahəsinə marağım böyük idi, amma əldə etdiyim biliklər pərakəndə şəkildə yayılmışdır.www.professional.az saytına bir yaxın dostumun məsləhəti ilə daxil oldum və bu gözəl kurs haqqında maraqlanmağa başladım.Professional kursunda çox yaxşı insanlarla tanış oldum, və əlbəttəki ilk günlər çox çətin başladı (Etiraf edimki elə indi də çətindir), amma bütün bunlara baxmayaraq oxumaqda və çalışmaqda davam edirəm.Bunun nəticəsi kimi ilk imtahandan uğurla keçdim (70-620).Etiraf edimki, həqiqətən çətindir,amma ən gözəli odurki, sən bu əziyyətinin bəhrəsin görürsən.Buna rəğmən daha da həvəslənirsən və bilirsənki,boş yere oxumursan.Allah üstündə olanda, hər cür şəraitin olanda ,sənə yol göstərən Ruslan müəllim kimi yaxşı dostun olanda oxumaq adama həm xoş olur həm də asan. Əziz Həmkarlarım,bu sənətə hər insan yiyələnə bilmir,çalışaq bu sahənin bütün dərinliklərini,incəliklərini öyrənək.Bu yolu biz özümüz seçmişik,Allah Köməyimiz olsun,bizə səbr versin və həmişə üstümüzdə olsun. 

1. 70-680: TS: Windows 7, Configuring - 790 bal
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 980 bal 
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 1000 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 972 bal
5. 70-236 TS: Microsft Exchange Server 2007, Configuring - 887 bal
6. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 730 bal 


Elnur Eyvazlı


Bu kurslar mənə daha çox IT-nin incəliklərini anlatdı. Bilmədiyim çox məqamları bildirdi baxmayaraqki bu sahədə iki ildirki təcbrübəm var. Daha çox maraq artdı öz sferama çünki bizim müllim çalışır ki, IT mütəxəssis yetişdirsin sözün əsl mənasinda MÜTƏXƏSSİS!!! Ruslan müəllim inanınki alınır) Çoxsağolun!!!

1. 70-680: TS: Windows 7, Configuring - 764 bal


Qaşqay Agazada


Kiçik Yasimdan mənim arzum həkim olmaq idi amma IT sahəsinədə həvəsim var idi. 10-cu sinifi qurtaranda atam mənə kompyuter aldi. Bundan sonra mənim IT-yə marağim dahada artdi. Dahada çox öyrənmək isdəyirdim. IT-də hər gün nəsə oyrənmədinsə və ya öyrənə bilmədinsə deməli sən zəifsən bu prinsipə əsaslanaraq hər gün nəsə öyrənirdim. IT sahəsi çox geniş oldugundan, qərara gəldimki System Administrator olum. Bu sahəni dahada gəniş öyrənmək ücün kursa getmək fikrinə gəldim. Başqa kurslarla maraqlandim və nəticədə Professional IT tədris mərkəzini seçdim. Seçimimdə yanilmadim çünkü Ruslan müəllim kimi birisi bizə dərs deyəcək idi. IT sahəsində ugur əldə etmək istəyənlərə, mən Professional IT tədris mərkəzini məsləhət görərdim. Təşəkkürlər Professional IT.


Fərhad Kərimov


İlk öncə onu qeyd etmək istəyirəm ki, Professional İT Tədris Mərkəzində təhsil almağım sevindirici haldır.IT sahəsinə məktəb illərindən sevgim və həvəsim olub.İxtisasım başqa istiqamətə olsa da, bu sahəyə olan sevgim və həvəsim məni yenə IT sahəsinə yönəltdi.Təbii ki, artıq bu sahədə mütəxəssis olmaq qərarına gəldim.Bu sahədə mənə düz yol göstərən biri lazım idi.Çox yaxşı bir haldır ki, ALLAH məni Professional Tədris Mərkəzinə gətirib çıxartdı.Burada keçirilən dərslərin keyfiyyəti, tələbələrə qarşı olan gözəl münasibət, səmimilik, mehribançılıq təbii ki, imtahanlarda və təhsildə öz sözünü deyir.Birinci imtahandan sonra başa düşdüm ki, öz seçimimdə yanılmamışam.Xüsusilə, Ruslan müəllimə təşəkkür edirəm.Bu sahədə doğru yolda irəliləməyi, biliklərimin artırılmasında, imtahanda yüksək bal toplamamda Ruslan müəllimin rolu böyükdür.İnşallah, növbəti imtahanlarda da yüksək nəticələr göstərərəm. 

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client 940 bal 
2. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 980 bal
3. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 1000 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 986 bal
5. 70-236 TS: Microsft Exchange Server 2007, Configuring - 887 bal 
6. 70-646 Pro: Windows Server 2008, Server Administrator - 841 bal 
7. 70-647 Pro: Windows Server 2008, Enterprise Administrator - 861 bal 
8. Microsoft Certified Trainer 


Qəzənfər Cəfərov


Mən İT sahəsinə kiçik yaşlarımdan marağ göstərməyə başlamışdım. Çalışırdım hər bir yeni texnologiyan yaxşı istifadə etməyi öyrənim. Müəyyən qədər baza əldə etdikdən sonram fikrim daha da geniş və başqa görmədiyim tərəflərini öyrənim. Bunun üçün Professional İT kurslarına yazıldım. Bakıda kurlar çoxdur ancaq bu kursda mən kitab və vidolardan öyrənməkdən başqa öz üzərimdə çalışmağı öyrəndim.Bəzən System Administration kursundakı qrupumuz yadıma düşür. Etdiyimiz zarafatlar - "Девушки не ссорьтесь !!!", dərsə olan maraq VMware - Hyper V, qrupdakıların müzakirəsi bunun yerini heç nə vermir. Ruslan müəllim bu sahədə mənə köməklik edib məni həvəsləndirdiyinizə görə minnətdaram. Etdiyiniz yaxşılıqları və mənim üzərimdə olan əziyyətinizi unutmayacağam. Bu dəqiqə Report İnformasiya Agentliyində System Administrator-am və bunu sizə borcluyam. Sağolun var olun!


Hikmət Məmmədov


Hər zaman məni bir sual düşündürürdü:Görəsən İT sahəasində qazandığım bilikləri oxumaq və tətbiqdən başqa hansı yolla təsdiq etmək olar?Yaxın əməkdaşlardan birinin tövsiyyəsinə görə bu sualın cavabı "ancaq və ancaq beynəlxalq sertifikatlara sahib olmaqdır!" oldu.Amma bu sertifikatları necə və hansı yolla əldə etməyə mənə istiqamət lazım idi.Bu istiqaməti mənə əminliklə deyə bilərəm ki, Professional İ.T. Tədris Mərkəzi verdi.Çox gözəl tədris vermək bacarığı olan müəllimlər,dərs zamanı mövzu müzakirələri,kursa yalnız və yalnız müəyyən qədər İT sahəsi üzrə biliyi olan tələbələrin tədris alması tez bir zamanda mənə MCTS və MCITP sertifikatlarını almağa kömək etdi!Təşəkkürlər Professional I.T.!!! 

1.TS: Configuring Microsoft Windows Vista Client 070-620- 871 bal 
2.TS: Windows Server 2008 Active Directory, Configuring 070-640 - 962 bal
3.TS: Windows Server 2008 Network Infrastructure 070-642- 1000 bal
4.TS: Windows Server 2008 Applications Infrastructure, Configuring 070-643- 988 bal
5. Pro: Windows Server 2008, Enterprise Administrator 70- 647- "841 bal


Fakhri Gulamov


Tədris mərkəzinin İT İdarəetməsi təlimində iştirak etdim,

Dərslər gözəl idi. Təlimçi Ruslan bəy-in müvafiq sahə üzrə təcrübəsi , bilikləri  və tədris üslubu  çox yararlı oldu.
Dərslərin qrup şəklində olması həm bu sahədə çalışan həmkarlarla tanışlıq, həm də birlikdə müəyyən tapşırıqların edilməsi faydalı oldu.

 


Asif Abdullayev


Mən humanitar yönlü ali məktəbdi bitirməyimə baxmayarag İT sahəsinə həmişə marağım olub. Uzun müddət kompyuter servislərində və kompyuter dükanlarında işləməyimə baxmayarag müəyyən bir həddən yuxarı yuxarı öz biliklərimi müstəgil olarag artırmag və professionalcasına bu işlə məşğul olmagda çətinlik çəkirdim.Lakin PROFESSİONAL İT kurslarında dərslərə başlayandan artıg beş ay sonra İT ilə məşgul olan şirkətə İT mütəxəsis kimi işə düzəldim.


Eldəniz Məhərrəmzadə


Son zamanlar qlobal dünyadakı İnfomasiya texnologiyaları "BUMU" sözsüz ki, dünyanın enerji təhlükəsizliyində xüsusi rolu olan Azerbaycandan yan keçməyib. Beləki ölkəmizdə neft hasilatı və emalı ilə məşğul olan 10 dan artıq NEFT şirkətləri buna misaldir. Faydalı iş əmsalının yüksək olması bu şirkətlərdə prioritetli olduğundan, çağdaş texnologiyaların istehsalata tətbiqi və istifadəsi, inkişaf edən ölkəmizə öz töhvəsini verməkdədir. Bir mühəndis kimi onu deyə bilərəm ki, her bir öz peşəsini sevən insan praktiki bilgilerlə yanaşı nəzəri bilgiləri də inkişaf etdirməlidir. Zənnimcə "PROFESSIONAL IT" bu tendensiyanın inkişaf etdirilməsinin bariz nümunəsi və yeridir.

1.Microsoft 70-270 Microsoft Windows XP Prefessional - 996 bal
2.Cisco 640-802 Cisco Certified Network Associate - 960 bal


Rəşad Hüseynov


Bir neçə ildir ki, bu sahədə çalışıram. IT-yə olan marağım böyükdür. Bu sahədə mənə kömək olan Professional IT kursuna və Ruslan müəllimə öz təşəkkürümü bildirirəm. Sertifikatların davamını gözləyin. To be continued 

1. 70-620- Windows Vista, Configuring Score - 700 bal 
2. 70-640 Windows Server 2008 Confirguring Active Directory Object Score 900 


Tural Rustamli


Tehsilimi IT uzre bitirdikden sonra biliklerimi dahada tekminlewdirmek ucun her hansisa bir kursa getmek qerarina geldim,bezi arawdirmalardan sonra professional it kursuna getmeye qerara aldim,ve duwunuremki seciminde yanilmnadim.Oz tesekurumu Ruslan muellime


Elnur Həsənzadə


Universiteti bitirdikdən İT sahəsində çalışmağıma baxmayaraq, öz biliklərimi artırmağa qərar verdim. İT sahəsində olan dostlarımın sayəsində kurslar arasında Professional İT yə gəlməyə qərarlaşdırdım. Burda Cisco CCNA dərsləri ümumi biliklərlə yanaşı, örgəndiklərimiz bilikləri fiziki avadanlıqlarda tətbiq etmək imkanı oldu. Mənə elə gəlir ki, bu hər bir kursda mümkün deyil.  Bu şəraitə görə Ruslan müəllimə təşəkkürümü bildirirəm.


Nemət Eyvazlı


İlk öncə 100% təqaüdlə “İT Menecment” kursuna məni seçdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Hələ ilk dərsdən sizin təcrübəli və bilikli təlimçi olduğunuzu görüb bu kursun özüm üçün çox faydalı olduğunu hiss etdim. İT sahəsində böyük təcrübəniz və bilikləriniz kurs boyu mənim üçün əsl ilham mənbəyi oldu. Bizə bu sahənin dərinliklərini və ən son yenilikləri təqdim etməklə, İT menecment sahəsində lazımi məlumatları verdiniz.Sizin tədris qabiliyyətiniz menecment olaraq gələcək inkişafımız üçün çox vacibdir. Bu kursda iştirakım karyeramda dərin iz buraxdı və bu kurs sayəsində artıq İT menecment sahəsində özümü daha inamlı hiss edirəm. Sizə təşəkkür edirəm və kursunuzu digər dost və tanışlarıma tövsiyə edirəm. Əminəm ki, sizin kimi bir müəllim ilə işləmək onların karyerasında da dərin bir iz buraxacaq.


Araz Isgəndərli


İxtisasım IT sahəsi ilə bağlı olmasına baxmayaraq, bu sahədə biliyim kifayət qədər deyildi.İT sahəsinə marağım olduğundan, iş karyeramıda İT sahəsində qurmaq istiyirdim.Bunun üçün həm nəzəri bilik,həm də təcrübə lazım idi. Allaha çox şükür, mənə bir yol açıldı - Professional İT Tədris Mərkəzi! Burada dərslərin çox keyfiyyətli keçirilməsi, tələbələrin bütün lazımi materiallarla və video-dərsliklərlə təmin olunması və müəllimin peşəkar olması insanda həvəs və marağ yaradır! Professional IT-yə və Ruslan müəllimə təşəkkür edirəm! İT biliyinə yiyələnmək və ya artırmaq istəyən hər kəsə Professional İT Tədris Mərkəzini tövsiyə edirəm!

1. 70-680: TS: Windows 7, Configuring - 972 bal 
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 860 bal
3. 70-640 TS: Windows Server 2008 Active Directory, Configuring - 800 bal
4. 70-643 TS: Windows Server 2008 Applications Infrastructure, Configuring - 820 bal


Elnur Əsgərov


Mən Azərbaycan Texniki Universiteti, Maşınqayırma fakultəsində 2 kursda oxuyuram. İxtisasım İ.T. sahəsində olmamasına baxmayaraq Professional İT Təlim mərkəzində Sistem administratoru kursunu almışam. Bu kursun sayəsində RabitaBankda İ.T. specialist vəzifəsində işləməyə başladım. Buna görə Ruslan və Şahin müəllimə dərin minətdarlığımı bildirirəm. Gələcəkdə uğur qazanmaq üçün Professional İT kifayətdir.


İlqar Dəmirov


Uzun müddət, daha dəqiq desəm 15 ildən artiq İnformasiya Texnologiyaları sahəsində çalışıram. Öz ixtisasım da məhz bu sahəyə aiddir. Uzun müddətli iş təcrübəmin olmasına baxmayaraq, iş prosesində bəzən hələ də cavabını tapa bilmədiyim suallar yaranırdı. Öz professional biliklərimi daha da dərinləşdirmək və iş prosesində yaranan bəzi sualların cavablandırılmasına yardım edə biləcək professional kadrların olduğu kurslara qatılmagı qərara aldım. Yüksək keyfiyyətli kadr potensialına malik, öz nəzəri və təcrübi biliklərini peşəkarlıqla kurs iştirakçılarına çatdırmağı bacaran bir komandaya sahib olan “Professional İT” tədris mərkəzinin kurslarını seçdiyim üçün cox məmnunam. Bu kurslar vasitəsilə öyrəndiyim biliklərin sayəsində iş prosesində qarşılaşdığım problemleri daha operativ həll etmək imkanını əldə etmişəm ki, bu da öz növbəsində iş yükümün azalmasına və iş saatlarımdan daha səmərəli istifadə etməyimə kömək olmuşdur. Son olaraq tədris mərkəzinin professional komandasına öz təşəkkürümü bildirirəm və bu kursları seçmək istəyənlərə uğurlar arzulayıram!


Turqut Vəliyev


İnformasiya Texnologiyaları sahəsinə uşaq yaşlarından həvəsli idim, daim kitablar oxuyur, praktikalar edib biliyimi artırmaq üçün əlimdən nə gəlirdisə etdim. Topladığım müəyyən qədər bilik və təcrübəylə işləməyə başladım. İşlədiyim müddətdə biliklərimin tam şəkildə sübutu üçün beynəlxalq sertifikatlara hazırlaşmaq qərarına gəldim. Bir müddət axtarışdan sonra, mənim üçün ən uyğun olan kursun Professional IT olduğunu anladım və müraciət etdim. Elə ilk dərslərdən seçimimdə yanılmadığımı anladım. Başda Ruslan müəllim olmaqla Professional IT kollektivinə çox təşəkkür edirəm. 

1.70-680 TS: Windows 7 Configuration - 880 bal 
2. 70-642: TS:Windows Server 2008 Network Infrastructure, Configuring - 775 bal 
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 800 bal 
4. Pro: Windows Server 2008, Enterprise Administrator - 900 bal 


Samir Aliyev


İT sahəsinə çox gec qatıldığımdan bu sahədə hər hansı uğuruma şübhə ilə yanaşırdım. Lakin Professional İT kursu mənim İT sahəsində özümü doğrultmağıma böyük təkan verdi ve böyük kömək oldu. Qısa bir müddət ərzində Professional İT kursu sayəsində böyük nəzəri və praktiki biliklər əldə etdim və etməkdə davam edirəm. Göstərdikləri xidmətə görə başda Ruslan müəllim olmaqla Professional İT kursunun əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

1. 70-620 TS: Configuring Microsoft Windows Vista Client - 925 bal
2. 70-642 TS:Windows Server 2008 Network Infrastructure, Configuring 1000 - bal
3. 70-640 TS:Windows Server 2008 Active Directory, Configuring - 950 bal 


Müşviq Quliyev


Professional IT təlim mərkəzi Azerbaycanın IT sahəsində ən onəmli yerlərindən biridir. Mənim bura gəlməmişdən əvvəl IT sahəsinde heç bir təcrübəm yox idi. Professional IT verdiyi elmlə xeyli təcrübə topladim. Buna görə Professional IT-yə və buranın rəhbəri Ruslan müəllimə çox minnətdaram.